ArxivXəbər lentiXəbərlər

Bakı Dövlət Universitetinin rektoru Təbriz Universitetini yüksək qiymətləndirib

Azərbaycan Respublikasının Bakı Dövlət Universitetinin rektoru İranın Təbriz Universitetinin regionda yüksək elmi mövqeyini xatırladaraq deyib: Bu ali təhsil mərkəzi region üçün iftixar mənbəyidir və hamı ona oyunur.

İRNA-nın verdiyi məlumata görə, Abel Məhərrəmov bu gün Təbriz Universitetinin təsis edilməsinin 70 illiyi münasibəti ilə keçirilən mərasimdə etdiyi çıxışında deyib: Təbriz Universiteti uzun keçmişinə görə dünyanın elmi camiəsində dəyərli mövqe tutur. 

Məhərrəmov deyib: İran tarix boyu dünya səviyyəsində elmin istehsalı və yayılmasında böyük səylər həyata keçirmişdir. 

İranın şimal qərbində şərqi Azərbaycanın mərkəzi olan Təbriz şəhərində yerləşən Təbriz Universiteti 1947-ci ildə təsis olunub. Təbriz Universiteti 22 fakültədən ibarətdir burada 800 elmi heyət və 24 mindən çox tələbə fəaliyyət göstərir. 

Təbriz Universiteti dünyanın tanınmış elm ocaqları o sıradan Fransa, İtaliya, Almaniya, Yaponiya, Türkiyə, Azərbaycan Respublikası, Tailand, Kipr və Tacikistanın universitetləri ilə 50-dən çox əməkdaşlıq memorandumu imzalayıb və Dünya Universitetəri Birliyi, Qafqaz Univesitetləri Birliyi kimi böyük beynəlxalq birliklərdə fəal iştirak edir. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button