ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda azərbaycanlı qadın ölüb

Gürcüstanın Qardabani rayonunda hamilə qadın Samirə Yusubovanın qohumları onun ölümünün dəqiq səbəblərinin açıqlanmasını tələb edirlər. “Report”un Gürcüstan bürosu xəbər verir ki, qadının yaxınları onun öldüyü xəstəxanaya gedərək, həkimlərlə görüş tələb ediblər.

Xəstəxana nümayəndələri hələ onlarla görüşməyib. Klinikadan bildirilib ki, 8 aylıq hamilə olan S.Yusubovanın vəziyyəti ağır olduğundan dünyasını dəyişib. Ölümün dəqiq səbəbləri barədə əlavə məlumat verilməyib.
Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Nəzərli kənd sakini, 33 yaşlı S.Yusubova ötən gün özünü pis hiss edib. Yaxınları onu günorta saatlarında xəstəxanaya aparıblar. Həkimlər ona bir neçə dərman yazaraq evə buraxıblar.
S.Yusubova evə gəldikdən bir neçə saat sonra halı pisləşib və o, yenidən xəstəxanaya çatdırılıb. Gecə saatlarında isə xəstəxanadan yaxınlarına S.Yusubovanın dünyasını dəyişdiyi bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button