AktualAktualArxivSosialtahlil va magaleXəbər lentiXəbərlər

Ermənistan sionist rejiminin tələsinə düşübmü?

Ermənistanın işğal edilmiş Fələstinə səfir göndərməklə bağlı qərarına etiraz və narahatlıqlara baxmayaraq, Ermənistan səfiri Armen Sambatyan Təl-Əvivə yollanıb və sionist rejiminin “Qlobus” qəzetinə müsahibə verib.

Qafqaz Həqiqətləri “Armen pres” saytına istinadla xəbər verir ki, Armen Sambatyan “Qlobus” qəzetinə verdiyi müsahibədə deyib: “İsrailin Xarici İşlər Nazirliyi və digər orqanları yaxşı başa düşürlər ki, İranla yaxşı münasibət Ermənistan üçün çox vacibdir. Ermənistanın İsraillə münasibətləri üçüncü ölkənin təsiri altında deyil. Heç bir ölkə iki ölkə münasibətlərinə müdaxilə etmək haqqına sahib deyil.

Təəssüf olsun ki, biz Ermənistan-İsrail əlaqələrini əvvəldən qurmalıyıq. Lakin mən inanıram ki, çox tezliklə yaxşı nəticələr əldə edəcəyik.”

İşğalçı sionist rejimin xarici işlər nazirliyinin saytında da Ermənistanın səfirliyinin ünvanı belə yazılmışdır: “29 İstehsalçı prospekti, qurucular evi, Təl-Əviv-Yefo, İsrail”

Məlumdur ki, Ermənistan dövləti Təl-Əvivdə səfirlik açmaqla və işğal edilmiş Fələstin ərazilərinə səfir göndərməklə öz maraqlarını təhlükəyə atmışdır. Şübhəsiz, İran İslam Respublikasının maraqlarını nəzərə almamaq və onun bir nömrəli düşməni olan sionist rejimlə münasibətləri genişləndirməyin Ermənistan hökuməti üçün mənfi və ciddi nəticələri olacaq. Hər halda Ermənistan dövlətinin sionist rejimlə münaasibətləri bu səviyyədə genişləndirməsi İranın milli maraqları ilə ziddir və Ermənistanın hökumət adamları İranın ciddi və qətiyyətli reaksiyası ilə üzləşəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button