AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Doktor İbrahimi: Azərbaycanda bəziləri Qarabağ böhranının bitməsini istəmirlər

Mühəqqiq Ərdəbili Universitetinin müəllimi: “Azərbaycan Respublikasında bəziləri öz maraqlarının təhlükəyə düşə biləcəyindən qorxduqları üçün Qarabağ böhranının bitməsini istəmirlər.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Mühəqqiq Ərdəbili Universitetinin müəllimi doktor Mürtəza İbrahimi “Tovuz döyüşlərinə diqqət etməklə Qafqaz regionu hadisələrinin araşdırılması haqda dəyirmi masa”da deyib: “Tovuzda toqquşma yaratmaqla ictimai rəyi Qarabağ məsələsindən yayındıramağa, Azərbaycan və Ermənistan arasındakı münaqişənin mahiyyətini dəyişməyə səy etdilər.”

Universitetin elmi heyətinin üzvü Tovuzda baş verən döyüşlər ətrafında ortaya qoyulmuş müxtəlif senarilərə toxunaraq deyib: “Qarabağ müharibəsindən 30 il ötür və bugün bu böhranın üzərini toz-torpaq örtüb.”

Doktor İbrahimi əlavə edib: “Qarabağ münaqişəsinin digər oyunçuları özləri rol ifa etməyə və İranın rolunu zəiflətməyə təlaş edirlər. Bu rol ifa etmək Minsk qrupu çərçivəsində heç bir səmərə vermədi, lakin ictimai rəyi bu məsələdən yayındırmaq üçün Qarabağdan 200 km aralıda digər toqquşma formalaşdırdılar.”

Tovuz döyüşlərinin amillərindən söz açan doktor deyib: “Bunun digər amillərindən biri də Ermənistanın Rusiya və Amerika münasibətlərində katalizator rolu oynamaq istəməsi ola bilər. Hətta sionist rejiminin də ayaq izləri bu hadisədə görünür.”

O, deyib: “Bu əməliyyatın planlaşdırılmasında sözsüz ki, sionist rejiminin rolu olmuşdur. Sionist rejimi Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi qədər Ermənistanda da fəaliyyət göstərir. Hətta Ermənistandakı fəaliyyəti Azərbaycanda olduğundan daha çoxdur. Əgər sionist rejiminin Azərbaycan Respublikası ilə münasibətləri taktiki və stratejidirsə, bunun qarşısında Ermənistanla münasibəti mahiyyət xarakterlidir və Amerika da sionist rejiminin vasitəçiliyi ilə bu sahədə rol oynayır.”

Doktor İbrahimi çıxışının sonunda deyib: “Azərbaycan Respublikasında bəziləri öz maraqlarının təhlükəyə düşə biləcəyindən qorxduqları üçün Qarabağ böhranının bitməsini istəmirlər.”

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button