AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Doktor Cavanpur: Qərb və Minsk qrupuna güvəniləcək surətdə Qarabağın işğalı hələ davam edəcək

Təbriz Azad Universitetinin rektoru: “Qarabağın azad olunmasının bircə yolu müqavimətdir. Azərbaycan Respublikası Minsk qrupuna güvənəcəyi surətdə Qarabağ hələ işğal altında qalacaq.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Təbriz Azad Universitetinin rektoru doktor Əziz Cavanpur “Aran” Xəbər Agentliyinə verdiyi müsahibədə deyib: “Erməni qüvvələrinin Tovuz məntəqəsində azəri əsgərlərinə qəfil hücumu bu işin arxasında müsəlman ölkələrini qarışdırmaq istəyən, İslam peykərinə zərbə vurmaq istəyən sionist-Amerika siyasətlərinin olduğunu göstərir.”

Rektor bu hücumu pisləməklə yanaşı, dost və qonşu ölkə Azərbaycana tövsiyə edib ki, İran İslam Respublikasının Səddam rejimi qarşısında tutduğu və bir qarış torpaq da itirmədiyi müqavimət yolunu tutsun. Azərbaycan da təkcə müqavimət yolu ilə düşməni öz torpaqlarından çıxara bilər.

Doktor Cavanpur sonda deyib: “Atəşkəs işğalçılığı dayandırmır və Qarabağın azad olunmasının bircə yolu müqavimətdir. Azərbaycan Respublikası qərbə və Minsk qrupuna etimad edəcəyi surətdə Qarabağ hələ də işğalda qalacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button