Aktual

Xəz kürk (şuba) və xəz papaq geyinmək olarmı?

Əgər bu, süni dəri və xəzdirsə, heç bir maneçiliyi yoxdur. Əgər təbii xəzdirsə, ilk öncə bunu qeyd edək ki, bu cür kürk və papaqlar çox zaman əti haram olan vəhşi heyvanların və gəmiricilərin xəzindən hazırlanır. Əti haram olan heyvanların leşi murdar sayılır.

Bu cür kürk və papaqla nəinki namaz qılmaq olmaz, hətta onun bircə tükü adamın üstündə olsa, namaz batildir. Eləcə də, əgər xəz islansa, ona toxunan hər şeyi murdar edəcək. Yəni insan yaş əllə bu xəzə toxunsa gərək əlini pak etsin.

Xəzə dəyib sıçrayan su hara düşsə, o yeri pak etmək lazımdır. Göründüyü kimi, namaz qılan və dini həyat tərzi sürən adam bu cür xəz geyimlərlə ehtiyatlı olmalıdır.

islam.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button