Aktual

Haram musiqi nədir? Buna aid bir ayə varmı?

Müfəssirlər musiqini bu ayələrə aid edirlər:
1) “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (“Loğman”, 6)
“Ləhv” sözü insanı aramlıqdan saxlayan bir şey mənasındadır. “Ləvhul-hədis” insanı haqdan daşındıran və başını özünə qatışdıran sözdür. Misal üçün, xürafat hekayələr, insanı fəsad və günaha çəkən dastanlar, insanın başını qarışdıran şeir, musiqi, mizmar (nəfəs alətidir) və sair ləhv alətlər həmin “Ləhvul-hədis”in nümunəsidir. (Əl Mizan təfsiri)
2) “O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;” (“Muminun”, 3)
3) “O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);” (“Furqan”, 72)
4) “…Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin” (“Həcc”, 30)
“Zur” sözü “haram xanəndəlik” (ğina) və “batilə şəhadət vermək” kimi təfsir olunur.
Diqqət etmək lazımdır ki, Əhli-beyt məktəbinin fiqh (hüquq) mənbələri Quran, sünnə və rəvayətlər, əql və icmadan ibarətdir. Bunlardan hər biri təklikdə fiqhi hökm üçün istinad mənbəyi ola bilər, həmçinin dəyərli və etibarlıdır.
Bu üzdən bütün hökmlərin dəqiq və izahlı surətdə Qurani kərimdə qeyd olunmasına ehtiyac qalmır. Quranda bir çox ümumi dəyərlər haqqında söhbət açılmışdır. Ancaq onların cüziyyatı, açıqlama və tətbiqi peyğəmbər və Əhli-Beyti tərəfindən aparılıb. Haram musiqinin (mütrib – oynadıcı, sümüyə düşən; şəhvəti təhrik edən) qadağan olunması barədə Ustad Əbdülhüseyn Dəstğeybin “Böyük günahlar” kitabından ətraflı surətdə oxuya bilərsiz.

quranevi.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button