ArxivIslamXəbər lentiXəbərlər

Cahangir Hacıyevin bacısı prezidenti qardaşını ölümdən xilas etməyə çağırır

Həbsdə olan Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezident İlham Əliyevə kömək xahişi ilə müraciət edib.

Hacıyeva prezidentə müraciətində qardaşının saxlanıldığı Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində pandemiya ilə əlaqədar yaranmış kritik vəziyyətdən dərin narahatlıq keçirdiyini yazır.

“Bu yaxınlarda bu müəssisədə test keçirilib, iyirmi məhbusda testin nəticələri “pozitiv” olub və sonradan səkkiz məhbusda da testin nəticələri “pozitiv”  olub.  Həmin məhbuslar Cəzaçəkmə müəssisəsindən çıxarılıblar.

Lakin bu böyük təhlükəni aradan qaldırmayıb,  çünki 13 saylı cəzaçəkmə müəssisəsinin şəraiti çox ağırdır, təkcə bunu demək lazımdır ki, 50 kv.m otaqda 60 məhbus saxlanılır.  Burada vərəm, spid, hepatit və s kimi xroniki xəstələr çoxdur.

Ona görə də müəssisədə yaranmış təhlükəli vəziyyət digər məhbus ailələri kimi məni də bacı kimi çox həyəcanlandırır və əzab verir”, deyə o bildirir.

Qardaşının ölümlə üz-üzə olduğunu qeyd edən Hacıyeva sonda “Sizə müraciət edir və yalvarıram, qardaşımı xilas edin!”, deyə yazır.

rakurs.tv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button