ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İcma yaradılmamış ibadət yerlərinə din xadimlərinin təyinatı qadağan olunur

Azərbaycanda dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara din xadimləri təyin edilməyəcək.

 bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara dini mərkəz (idarə) tərəfindən bu qanunla müəyyən olunmuş qaydada din xadimləri təyin edilə bilərdi. Layihəyə əsasən, qayda ləğv edilir. İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq. Qüvvədə olan qanuna görə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button