ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Deputat Cavanşir Feyziyev ailəsinin cinayət əməli sosial mediada qızğın müzakirə olunur

Britaniya necə Azərbaycandan oğurlanan pullara əl qoydu?

Deputat Cavanşir Feyziyev ailəsinin cinayət əməli sosial mediada qızğın müzakirələrə yol açıb.

 Paralel qəzetinin baş redaktoru Tapdıq Abbas öz Facebook səhifəsində yazır: Milli Məclisin deputatı, Avromed apteklər şəbəkəsinin patronu Cavanşir Feyziyevin Azərbaycan vətəndaşlarının cibindən, həyatından oğurladığı pullardan Britaniya da qazandı. Londonun Vestminster məhkəməsi Feyziyevlər ailəsinin Azərbaycandan çirkli yolla çıxatdığı 15,3 mllyon funt sterlinqdən 5,6 milyon funt sterlinqinin müsadirə olunması barədə qərar verib. Azərbaycandan oğurlanmış daha böyük miqdarda vəsaitlərlə bağlı qarşıda daha ciddi məhkəmə proseslərinin olacağı bildirilir.

Vestminster məhkəməsinin müsadirə etdiyi pulun 4,4 milyon funt-sterlinqi deputat Feyziyevin xanımının, 1 milyon funt-sterlinqi oğlu Orxanın, 240 min funt-sterlinqi də qardaşı oğlu Elmanın adına olub.

Araşdırma zamanı Feyziyevin ailə üzvlərinin adına olan hesabların dondurulması haqqında altı sərəncam verilib. O da məlum olub ki, mənbəyi şübhə doğuran bu vəsaitlər Azərbaycan korrupsiyasının əsas magistral yollarından sayılan Estoniya və Latviyanın saxta şirkətləri vasitəsilə yuyulub.

AXCP Sədri Əli Kərimli də yazır: Deputat Cavanşir Feyziyev hakim ailəyə yaxınlığı ilə tanınır. Daha əvvəllər isə Britaniya məhkəməsi İlham Əliyevin əmisi qızı İzzətxanım Cavadovanın 5.5 milyon dollar vəsaitini müsadirə etmişdi.

Partiya sədri hesab edir ki, Azərbaycandan oğurlanaraq Böyük Britaniyaya daşınmış milyardların yanında əlbəttə, bu 22 milyon manat böyük pul sayılmaz. Ancaq bu 22 milyonla hesablayın ki, nə qədər qazinin müavinatı verilərdi, pensiyası kəsilmiş nə qədər insan pensiya ilə təmin olunardı.

Politoloq Ərəstun Oruclu da yazır ki, Cavanşir Feyziyev Azərbaycan xalqına öz “dərmanlarını” od qiymətinə satan “Avromed” əczaçılıq şirkətinin təsisçisi və sahibidir. Türk dilləri haqqında antologiyanın müəllifi olan Feyziyev tabeliyindəki apteklər şəbəkəsinin rus dilində fəaliyyət göstərməsi haqda tapşırıq verən şəxsdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button