ArxivXəbər lentiXəbərlər

MTN Nazim İbrahimovla “Rolls-Royce”-dan necə rüşvət alıb?

Araşdırmalar nəhəng Britaniya şirkəti «Rolls-Royce»un bəzi ölkələrdə rüşvətə əl atdığını, mühüm müqavilələri imzalatmağa məhz bu yolla nail olduğunu üzə çıxarıb

«The Guardian» və BBC-nin birgə əldə etdiyi məlumata görə, qarşı tərəflərə rüşvəti «Rolls-Royce»un həmin ölkələrdə işə götürdüyü vasitəçilər təklif edirmiş. Adıçəkilən 12 ölkə arasında Azərbaycanın da adı var.

Məşhur şirkətdən rüşvət alan milli təhlükəsizlik naziri Eldar Mahmudov olub.

Bakıya gələn brend firmaların mallarına dərhal MTN əl qoyurmuş. Eləcə də «Rolls-Royce»un ölkəmizə gəlişi və salonun açılışı onlara rüşvətsiz başa gəlməyib. Buna görə də bahalı avtomobil şirkəti Mahmudova “tərləməli” olub.

İddialara görə, bu marka maşınların Bakıya gətirilməsində diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovun rolu olub. Görünür ki, həm komitə sədri, həm də şirkət MTN banda rəhbərliyinə rüşvət vermək məcburiyyətində qalıb.

Onu da demək lazımdır ki, MTN rəhbərinin və oğlunun avtosalonları fəaliyyət göstərib. Eldar Mahmudovun oğluna məxsus “Crystal Motors” şirkətinin avtomobil salonları bağlanıb. Babək prospekti, 74 ünvanında yerləşən, “Maserati”, “Jaguar” və “Range Rover” avtomobillərinin satıldığı salon bağlıdır.

Eldar Mahmudovun oğlu Anar Mahmudov Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda şirkət sahibidir. Onun yaratdığı şirkətlər atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir.

Anar Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub.

Onlar 2007-ci ildən başlayaraq “Gastronomy-1”, “Gastronomy-2” və “Gastronomy-3” mağazalarını açıblar. Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır.

“Wine City” adlı 18000 şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir. Şirkət şərab butikinin layihəsi və dizaynını fransızlarla birgə hazırlayıb./politika/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button