Aktual

Beynəlxalq Qarabağ Konfransına məqalələr qəbul edilir

Beynəlxalq Qarabağ Konfransının təşkilat komitəsi Qafqaz regionu üzrə bütün tədqiqatçı alimlərin uyğun mövzuda məqalələrini qəbul edir

Konfransın məqsədi

İranlı, qafqazlı və dünyanın müxtəlif ölkələrindən olan mütəxəssis alimlər arasında Qarabağ mövzusunda yekdil fikrin formalaşması

Qarabağla bağlı tarixi həqiqətlərin üzə çıxarılması

Dünyadakı müsəlman azərilərin Qarabağ konflikti ilə bağlı fikirlərinə aydınlıq gətirmək

Qarabağ konfliktinin yaranma və uzanması səbəblərinin araşdırılması

Qarabağ konfliktinin həllində İranın fəaliyyətlərinə bir baxış

Qarabağla bağlı regionda həmfikirlik və təzad zəminələrinin tədqiqi

Qarabağ haqqında nəql olunan tarixi məlumatların toplanması

Qarabağ konfliktinin nəticələrinin, bu problemdən gözləntilərin araşdırılması

 Konfransın mehvərləri

 

Tarixi və coğrafi baxımdan

Səfəvilər dövründən bu günədək Qarabağın geopolitik və coğrafi mövqeyi

Tarixi sənədlərdə, mənbələrdə, səyahətnamələrdə, dastanlarda Qarabağ mövzusu

Qarabağla bağlı yekdillik və təzadların kökü

Səfəvilər dövründə Qarabağda baş verən hadisələr

Səfəvilərin süqutundan Qacarların gəlişinədək Qarabağ hadisələri

Rusiya-İran müharibəsində Qarabağın rolu və yeri

Çarizm və Musavat hökuməti zamanı Qarabağ hadisələri

Sovetlər Birliyi dövründə Qarabağ hadisələri

Azərbaycanın müstəqilliyindən bu günədək Qarabağın durumu

Qarabağ haqqında mənbələrin yenidən araşdırılması

 Mədəniyyət və ictimai baxımdan

Səfəvilərdən bu günə qədər Qarabağda mədəni-ictimai dəyişikliklərdə din və məzhəblərin yeri və rolu

Səfəvilərdən bu günə qədər Qarabağın milli tərkibi

Qarabağ konflikti nəticəsində baş vermiş insani, mədəni-ictimai faciələr

İran ədəbiyyatında Qarabağ mövzusu

Qarabağ mövzusunda Azərbaycanda yaranmış fars və türk dilində nəzm və nəsr əsərləri

Qarabağda İran və İslam mədəniyyəti ilə bağlı memarlıq abidələri (mədrəsələr, məscidlər, karvansaraylar, qəbiristanlıqlar)

Qarabağın alimləri və məşhur insanları

Qarabağın himayəsini zəruri edən fiqhi əsaslar

Qarabağ hadislərində İslam alimlərinin rolu və yeri

Qarabağ hadisələrində Azərbayca Respublikasından olan ruhani-tələbələrin rolu

Qarabağın azadlığı yolunda şiə təlimləri, xalqın səfərbərliyinin, cihad və şəhadətin rolu

Qarabağ hadisələrinə münasibətdə İranın fəaliyyətlərinə Azərvbaycan Respublikası ziyalı və siyasilərinin baxışının araşdırılması, səbəblər və nəticələr

Siyasi və beynəlxalq əlaqələr baxımından

Qarabağın geopolitik və strateji xüsusiyyətləri

Qarabağ konfliktinin yaranması və davamı istiqamətində siyasi amillər

Azərbaycanın müstəqilliyindən bu günə qədər Azərbaycan Respubliksında müxtəlif hökumətlərin mövqe və fəaliyyətləri

Qarabağ konfliktinə münasibətdə Azərbaycanın müxtəlif partiya, ictimai-siyasi, dini  cərəyanlarının mövqeyi və fəaliyyəti

Qarabağ konfliktinin həlli yolunda İranın fəaliyyətləri və bunun İranın milli mənafelərinə təsiri

Qarabağ konfliktinin İranın regional və beynəlxalq əlaqələrinə təsiri

Qarabağ konfliktində regionda siyasi oyunçuların, qonşuların, sionist rejimin, Minsk qrupunun, BMT-nin, İslam Həmkarlıq Təşkilatının rolu və mövqeyi

Qarbağ probeminin həlli yolları

Qarabağ konflikti ilə pantürkizm və panazərizm təfəkkürü arasında əlaqə

Qarabağla dünyanın müxtəlif qaynar nöqtələri arasındakı oxşarlıq və fərqlər

Qarabağ konflikti yaranandan Ermənistan-Azərbaycan əlaqələrinə bir baxış

 Iqtisadi məsələlər baxımından

Qarabağın geoekonomik xüsusiyyətləri

Qarabağ konfliktinin Azərbaycan və Ermənistan iqtisadiyyatına təsiri

Qarabağ konfliktinin  Cənubi Qafqaz ölkələri ilə qonşuları arasındakı ticari əlaqələrə təsiri

Qarabağ konfliktinin İran iqtisadiyyatına təsiri

Qarabağ konfliktində tərəflərələ region ölkələri arasında iqtisadi əlaqələrin tətbiqi müqayisəsi

Beynəlxalq Hüquqlarbaxımından

Qarabağ Münaqişəsinin Beynəlxalq Hüquqlarda Durumunun Araşdırılması

Qarabağ Münaqişəsinə Aid Beynəlxalq Hüquqi Sənədlərin Araşdırılması

Qarabağ Münaqişəsində İnsan Hüquqlarının Durumunun Araşdırılması

Konfransın tarixi:

Məqalələrin xülasəsinin qəbulu:   5 şəhrivər, 1392 ( 27 Aug, 2013)

Məqalələrin tam mətninin qəbulu: 15 mehr, 1392 (7 oktyabr, 2013)

Konfransın tarixi: 15 aban, 1392 (6 noyabr, 2013)

Məqalələrin dili:

Konfransa fars və azəri türkcəsində məqalələr qəbul edilir. Xarici ölkələrdən olan araşdırmaçılar rus və ingilis dillərində məqalə təqdim edə bilərlər.

Email:conference.garabag@tabrizu.ac.ir  و   Conferance.qarabag@yahoo.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button