ArxivIslamXəbər lentiXəbərlər

Bakı Slavyan Universitetində “Dualarda yaşayan şəhidlər” adlı tədbir keçirilib (FOTO)

akı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.

Universitetdən Rakurs.tv-yə verilən məlumata görə, BSU-dan verilən xəbərə görə, yanvarın 16-da bu ali təhsil müəssisəsində Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin canlı şahidləri ilə görüş keçirilib, onların həmin məşum günlə bağlı xatirə və çıxışları dinlənilib. Yanvarın 16-da BSU-da həm də Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin və Gənc Yaradıcılar Klubunun birgə təşkilatçılığı ilə “Dualarda yaşayan şəhidlər” adlı tədbir keçirilib.

Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova bildirib ki, biz bu gün universitetdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş növbəti tədbiri keçiririk. 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın milli-azadlıq mübarizəsində böyük rol oynadı. Bu gün Azərbaycan müstəqil, həyatımızın bütün sahələrində sürətlə inkişaf edən, dünya birliyində öz layiqli yeri olan bir dövlətdir. Qədirbilən xalqımız həmişə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini əziz tutur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button