AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Bakı sionist rejim qırıcılarının Azərbaycanda yerləşdirilməsi xəbərinə münasibət bildirib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cümə günü açıqlama verərək bir sıra mediaların sionist rejim qırıcılarının bu ölkə ərazisində yerləşməsini təkzib edib.

Qafqaz Həqiqətləri-nin Azərbaycan Respublikasının “APA” informasiya mərkəzinə istinadən verdiyi xəbərə görə, bu ölkənin Müdafiə Nazirliyi sionist rejim qırıcılarının Azərbaycan Respublikası ərazisində yerləşməsi xəbərini təkzib edib və bu kimi məlumatları əsassız adlandırıb.

Müdafiə Nazirliyinin bəyanatında bu kimi məlumatların tez-tez və təxribat məqsədilə yayıldığı vurğulanır.

Bəyanatda əlavə olunur: “Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır.”

Xatırladaq ki, sionist rejim son illərdə qonşu Azərbaycan Respublikasının coğrafi şəraitindən istifadə etməklə İran İslam Respublikasının maraqlarına zərbə vurmağa təlaş etmişdir. Lakin hər dəfə Azərbaycan dövləti bunu təkzib edir. Sionist rejimə aid kəşfiyyat PUA-larının, İran nüvə alimlərini qətlə yetirən terrorçuların tranziti və digər oxşar hərəkətlər ekspertlərin istinad etdiyi tutarlı faktlardır.

Qeyd edək ki, bir neçə gün əvvəl Amerika təhlükəsizlik eksperti Gordon Duff “Ofoq” telekanalının “Əsr” analtik proqramına verdiyi açıqlamada İrana qarşı mümkün hava hücumları endirmək üçün sionist rejimin Azərbaycan Respublikasında hərbi təyyarələr yerləşdirdiyini ifşa edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button