AktualAktualArxivXəbər lentiXəbərlər

AzadliqRadiosu-nun seyfi sındırlıb, möhür və sənədlər müsadirə olunub – Foto

Dekabrın 26-sı səhər saat 10:30-dan AzadlıqRadiosunun Bakı bürosuna gələn Baş prokurorluğun əməkdaşları ofisdə axtarış aparır, internet və telefonlar söndürülüb, əməkdaşlar ofisdən çıxarılıb.

AzadXeber.az-ın bizimyol.info-ya istinadən məlumatına görə, Baş Prokurorluq əməkdaşlarının “Azadlıq” radiosunun Bakı bürosunun ofisində apardığı axtarış-götürmə tədbirləri başa çatıb. Axtarış zamanı ofisdə olan əməkdaşları bir otağa yığaraq, onlara komputerdən istifadə etməyə icazə verməsələr də, artıq bütün əməkdaşlar ofisdən çıxarılıb. Onlara bildirilib ki, artıq axtarış-götürmə ilə bağlı protokol tərtib olunur. Redaksiya əməkdaşlarından yalnız iki nəfər içəridə şahid qismində saxlanılıb. Həmçinin prokurorluq əməkdaşlarının özləri ilə gətirdiyi şahidlər də var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button