AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Azərbaycanda səfər ayının son günlərində xalqın dini inanclarına hörmətsizlik-Məhəmmədrza Kəffaş Cəmşid

Ötən günlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən səfər ayının son matəm günlərində Bakı şəhərində caz musiqi festivalının keçirilməsi təəssüfləndirici xəbəri İmam Hüseyn (ə) aşiqlərini və dünyanın bütün müsəlmanlarını, xüsusilə də Azərbaycanın müsəlman xalqının qəlbini ağrıtdı. Azərbaycan Respublikası medialarının verdiyi xəbərlərə görə, bu festival İmam Hüseyn (ə) Ərbəini (20 səfər) gecəsi, Azərbaycan Respublikasının müstəqilliyi ilə bağlı bəyanatın təsdiq olunmasının ildönümü günü ilə eyni günə düşən 18 oktyabrda başlamışdır və İslam Peyğəmbərinin (s) vəfatı gününə təsadüf edən 27 oktyabrda (28 səfər) özünün ən yüksək həddinə çatacaqdır.

Müsəlmanların səfər ayının son on günlüyündə əzadarlıq etdiyi günlərə təsadüf edən bu festivalın keçirilməsi ilə eyni zamanda 20 oktyabrda Bakının “Heydər Əliyev Parkı”nda qeyri-əxlaqi musiqi xanəndələrindən bir neçəsinin iştirakı ilə konsert təşkil olundu. Bu konsertdə yəhudi müğənni Emin Ağalarov da musiqi icra etdi.

İnkaredilməz sənəd və faktlara əsasən, Azərbaycan Respublikası xalqı geniş təzyiq və məhdudiyyətlərə baxmayaraq hər il dini mədəniyyət və kimliklə daha çox əlaqə yaradır və mənus olur, islami dəyərləri ürəkdən qəbul edir. Sözsüz, məhərrəm və səfər aylarında, xüsusilə də Tasua və Aşura günlərində İmam Hüseynə (ə) əzadarlıq mərasimlərində möhtəşəm iştirakı, habelə Ərbəin yürüşündə əzəmətli hüzuru bu sözümüzə mühüm və əsaslı bir meyar hesab olunur. Hətta, qətiyyətlə demək olar ki, bu müsəlman ölkəsində islami maarif və mədəniyyət cəmiyyətdəki ümumi mədəniyyət və adət-ənənə səmtinə istiqamətlənməkdə və formalaşmaqdadır.

Məsələn, Azərbaycan ölkəsində bəyənilən adət-ənənələrdən biri də odur ki, Əhli-beytə (ə) matəm saxlamaq və əzadarlıq etmək sayılan məhərrəm və səfər aylarında cəmiyyət şadlıq sayılan işləri etmir, o cümlədən əqd və toy kimi mərasimlər keçirmir, səy edirlər ki, bu kimi işləri həmin iki aydan əvvəl, ya sonra təşkil etsinlər.

Əhalisinin çoxu şiələrdən ibarət olan Azərbaycan ölkəsində mədəniyyət nazirliyi kimi mədəniyyət işlərini öhdəsinə alanlar öz proqramlarında və hərəkətlərində xalqın dini istək, dəyər və inanclarını daha çox nəzərə almalıdır, cəmiyyətdə rəvac tapmış və bəyənilən adət-ənənələrlə uyğunluq yaratmalıdır. Əks təqdirdə təbbi ki, cəmiyyətin ümumi mədəniyyət və adət-ənənəsi ilə mədəniyyət rəhbərləri (hakimiyyət) arasında uçurumun şahidi olacağıq. Necə ki, hal-hazırda bunu görürük.

Hər halda səfər ayının son ongünlüyündə caz musiqi festivalı keçirmək Azərbaycanın müsəlman xalqı və bütün dünya müsəlmanlarının dini müqəddəslərinə, dəyər və etiqadlarına qarşı böyük hörmətsizlik sayılır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bu hərəkətinin səhvən baş verdiyinə inansaq (ən xoşgümanlıq əsasında), ümidvarıq ki, gələcək iş və proqramlarında bu böyük səhvi islah edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button