ArxivXəbər lentiXəbərlər

Azərbaycanda möhtəşəm bayram namazları – FOTO

Bu gün Bakı məscidlərində mömin müsəlmanlar Fitr bayramı namazını qılıblar.

 Ölkənin hər yerində olduğu kimi, paytaxt məscidlərində də səhər saat 9:00-dan sonra yüzlərlə şəhər sakini Bayram namazına yığışıb.

 Səf-səf düzülmüş möminlər pişnamaz arxasında Fitr bayramı namazını bütün şəri qaydalara uyğun şəkildə icra ediblər. Azərbaycan müsəlmanlarının vəhdət nümayişi kimi şiə və əhli-sünnə nümayəndələri birlikdə ibadət ediblər. İbadət mərasimində Quran ayələri, moizələr dinlənilib, dualar səsləndirilib.

 Bakıdakı Allah evlərinin çoxu aztutumlu olduğundan möminlər namaza məscidə bitişik yerlərdə durublar və iki növbədə ibadət ediblər.

 Bayram namazı yalnız on ikinci İmamın (ə) hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. İmam (ə) qeybdə olduğu vaxt isə Fitr namazı müstəhəbdir və həm camatla, həm də fərdi qaydada qılına bilər. Ramazan bayramı namazının vaxtı günəş doğandan günortaya qədərdir. Amma müstəhəbdir ki, günəş qalxdıqdan sonra fitrə zəkatı verildikdən sonra qılınsın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button