AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanda koronavirusa yoluxanları talış bölgələrinə köçürürlər

Azərbaycan Respublikasının bir sıra mediaları, siyasi və media fəalları koronavirusa yoluxmuş, yaxud yoluxmada şübhəli bilinənlərin talış bölgələrinə köçürülməsini xəbər veriblər.

Qafqaz Həqiqətləri “Meydan TV”-yə istinadla xəbər verir ki, Türkiyədən köçürülmüş azərbaycanlıların Lənkəranda hoteldə yerləşdirilməsi nəzərdə tutulsa da, onlar İranla sərhəd olan Cəlilabad şəhərinə gətirilib.

Cəlilabad xəstəxanasında karantində saxlanılanlar bu xəstəxanada mövcud səhiyyə şəraitinə etiraz edirlər.

Habelə Azərbaycanın ictimai-dini fəalı Musa Əsədzadə Youtubda video paylaşaraq korona xəstələrinin Naxçıvandan Lənkərana gətirilməsinə etiraz edib.

Musa Əsədzadə deyib: “Naxçıvanda səhiyyə və müalicə imkanları Lənkərandan dəfələrlə yaxşı olduğu, habelə Azərbaycanın bütün müalicə imkanları bu ölkənin paytaxtı Bakıda yerləşdiyi bir halda korona xəstələrini Lənkəranda yerləşdirmək hansı məqsədi güdür?”

Musa Əsədzadə Azərbaycan Respublikası talışlarının həm sabiq SSRİ zamanı, həm də indiki dövrdə islami və şiə dəyərlərini, İmam Hüseyn (ə) məktəbini yetərincə qoruyub saxladıqlarına işarə edərək, Azərbaycan hökumətinin anti-talış planlarının davam etdiyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button