ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müəzzəm Rəhbər Şeyx Zəkzaki və onun ailəsi ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri dünyadakı geniş sui-qəsdlərə baxmayaraq bütün edilmiş səylər nəticəsində və işğal altındakı Fələstinin və xüsusilə Qəzzanın mövcud vəziyyətinə toxunaraq bildiriblər ki, bu gün İslamın gücünün təzahürlərindən biri də Fələstində yaşananlardır. Fələstində son günlər baş verən partlayışlar, xüsusilə qadın, uşaq və kişilərin şəhadəti insan qəlbini incidir, lakin bu halların başqa bir hissəsi İslamın Fələstindəki inanılmaz gücünü göstərir. Uca Allahın rəhməti və lütfü ilə Fələstinin başladığı bu hərəkat davam edəcək və fələstinlilərin tam qələbəsinə səbəb olacaqdır. 
  ” İslam dünyasında hər kəs Fələstin xalqına kömək etmək vəzifəsidir” deyə buyuran İslam İnqilabının Ali Məqamlı Rəhbəri İranda İslam quruluşunun təşəkkül tapmasını və uzun əsrlərdən sonra siyasi İslam düşüncəsi əsasında hökumətin qurulmasını İslamın qüdrət rəmzi olduğunu nəzərə çatdıraraq vurğulayıb ki, İslam Respublikası günü-gündən güclənir, qurulduğu gündən artan gücü, gələcəkdə daha da artacaq”
  O həzrət, daha sonra buyurub ki, bu gün İslami hərəkat Afrika, Asiya, Avropa və Şimali Amerika kimi dünyanın müxtəlif yerlərində genişlənməkdədir və Allahın lütfü ilə bu hərəkatın uğurları da genişlənəcək və daha geniş bir güclə davam edəcəkdir.
  İslam İnqilabının Ali Məqamlı Rəhbəri çıxışının davamında Şeyx Zəkzaki və ailəsi ilə görüşünü çox xoşbəxt adlandırıb və onlara buyurub ki, siz Allah yanında əsl mücahidlik nümunəsisiniz və ümid edirik ki, bu mücahidlik yolunu davam etdirəcəksiniz. 
  Nigeriya islami hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzəki və xanımı da bu görüşdən böyük məmnunluq duyduqlarını ifadə edərək, hisslərini təsəvvür olunmaz adlandıraraq deyiblər ki, Sizin dualarınız və müsəlmanların yardım və səyləri ilə İslamın gündən-günə daha çox yayılacağına ümid edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button