ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin sülhməramlıların 2025-ci ilə qədər Qarabağda qalacağını deyir

O, kontingentin sonrakı taleyinə danışıqlar zamanı qərar veriləcəyini bidirib

Rusiya sülhməramlıları formal olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdırlar.
Bunu oktyabrın 13-də Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
“Formal olaraq sülhməramlılarımız orada 2025-ci ilin noyabrına qədər qalacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarla dialoqda yaxın gələcəkdə nəyi və necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Buna danışıqlar zamanı qərar verəcəyik”, – deyə Putin əlavə edib.
Rusiya liderinin sözlərinə görə, 2020-ci ildə Rusiya sülhməramlılarının Qarabağ ərazisində olması ilə bağlı razılaşma yarananda onların mandatı yalnız atəşkəs rejiminə nəzarət etmək olub:
Qarabağın statusu, nəhayət, müəyyən edilmədi. Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyanda məlum oldu ki, bizim sülhməramlılarımız, şübhəsiz ki, Azərbaycanın ərazisindədirlər və təbii ki, indi də. Düzünü desək, erməni əhalisinin köçü ilə bağlı çətin hadisələrdən sonra vəziyyət tamamilə dəyişdi”.
Sentyabrın 19-dan Qarabağda sülhməramlılların 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Son baş verən hadisələr…
Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.
Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.
Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.
Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.
Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.
Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.
Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.
Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.
Müharibənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi və bu il sentyabrın 19-20-də bölgədə hərbi əməliyyat keçirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button