ArxivQarabağXəbər lentiXəbərlər

Azərbaycan və Ermənistan Dağlıq Qarabağla bağlı “atəşkəs haqqında Sazişə yaxındır”

Azərbaycan 1992-ci ildən Ermənistan tərəfindən işğal altında olan Dağlıq Qarabağ və ona bitişik rayonlarla bağlı Ermənistanla atəşkəs haqda məzmunlu sövdələşməyə yaxındır. Türkiyənin MiddleEastEye mənbələri bildiriblər.

Sövdələşmə Ermənistanı Türkiyə və Rusiyanın sülhməramlı missiyasının bu rayonda yerləşdirilməsilə Ermənistanı böyük ərazi güzəştinə getməyə məcbur edəcək.

Bazar günü Azərbaycan Dağlıq Qarabağın ikinci böyük şəhəri Şuşanın alındığını elan edib.

MiddleEastEye-ya anonimlik şəraitində danışan mənbələr bildiriblər ki, Azərbaycan qoşunlarının yerlərdə sürətlə irəliləməsi Ermənistanı münaqişənin dayandırılması üçün Türkiyənin dəstəklədiyi Rusiya vasitəçilik planına baxılmasına sövq edib.
Sentyabrın 27-dən, döyüş əməliyyatları başlayandan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış, lakin etnik ermənilərin yaşadığı və nəzarətində olduğu anklavda ən azı 1000, bəlkə də 5000-dək adam həlak olub.

Mənbələr bildiriblər ki, Türkiyə prezidenti Recep Tayyib Ərdogan və onun rusiyalı həmkarı Vladimir Putinin şənbə günü telefon danışığı zamanı sövdələşmə layihəsinin komponentləri ilə bağlı razılığa gəliblər.

Detallar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov ilə sonrakı telefon danışığında müzakirə olunub.

İki dəhlizin yaradılması mümkündür

Saziş layihəsinə əsasən, hər iki tərəf atəşkəsin şərtləri ilə razılaşarsa Ermənistan dərhal Dağlıq Qarabağ ətrafında işğalda olan yeddi rayondan beşini tərk edəcək.

Atəşkəs şərtlərinə görə, Yerevan qalan iki rayondan 15 gün ərzində çıxacaq. Saziş layihəsi Bakının bu yaxınlarda geri aldığı ərazilərdən çıxmasını tələb etmir, lakin hücumu dayandıracaq.

Ola bilsin ki, hər iki tərəf iki dəhlizin yaradılmasına razılaşsın.

Ermənistandan Dağlıq Qarabağa gedən bir yol öncə Yerevanın bölgəyə çıxışını təmin edirdi. Ermənistan isə öz növbəsində Azərbaycan ərazisini – Naxçıvanı Bakı ilə birləşdirəcək ikinci dəhlizin yaradılmasına imkan verəcək.

Sonra Türkiyə və Rusiya sülhməramlı qüvvələri atəşkəs rejiminə riayət edilməsi üçün yerləşəcək.

“Azərbaycan hökuməti Xankəndi şəhərini tez bir zamanda almaq və mülki əhali arasında tələfata yol vermək istəmir”,- Türkiyə mənbələrindən biri bildirib.

“Bu sövdələşmə Azərbaycanın ərazi ilə bağlı qanuni tələblərinə əməl edilməsilə mümkün humanitar böhranın qarşısını alır” dayandırır”.—0—

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button