AktualAktualXəbərlər

“Azərbaycan Respublikasındakı İslamçı məhbuslarla həmrəylik ongünlüyü” ilə bağlı mətbuat konfransı + Foto

Ərdəbil elmi hövzələrinin müdiri İslam dəyərlərinin qoruyucusu olan şəxslərin zindana salınmasını məhkum edərək deyib: BMT-nin Azərbaycandakı hicab məhbuslarına qarşı diqqətsizliyi qəbul ediləsi deyil.
Ərdəbil elmi hövzələrinin müdiri höccətül-islam vəl-müslimin Məhdi Novruzi ötən gün Qafqaz Mədəniyyət Mərkəzində baş tutan “Azərbaycan Respublikasındakı İslamçı məhbuslarla həmrəylik ongünlüyü” mətbuat konfransında deyib: 25 rəcəbdən 6 şəbanadək olan müddət “Azərbaycan Respublikasındakı İslamçı məhbuslarla həmrəylik ongünlüyü” adlandırılıb.
O bu ongünlüyün adlandırılmasının uyğun tarixlərdəki hadisələrlə əlaqəli olduğunu bildirib və deyib: Özü dini dəyərlər yolunda həbsə alınmış Həzrət Musa ibn Cəfərin vəfat ildönümü, böyük Peyğəmbərimizin (s) besət günü, cəmiyyətdə əmr be məruf və nəhy əz münkər simvolu, nümunəsi olan imam Hüseynin (ə) mövlud günü bu on günlüyə təsadüf edir.
Höccətül-islam vəl-müslimin Məhdi Novruzi bəzilərinin “Azərbaycan məsələlərinin bizə aidiyyatı yoxdur” iddiasına işarə ilə əlavə edib: İran İslam Respublikası qonşusu olan müsəlmanların ictimai məsələlərinə laqeyid qala bilməz.
O deyib: Bu cür şəxslərin cavabında deməliyik ki, fəqihlərin nəzərincə vahid bir millət üçün siyasi bölgü aparmaq olmaz. Belə ki, bütün dünyada İslam hökmləri İslam sərhədlərinə görə tətbiq edilir. Bütün müsəlmanlar bir-birinə qarşı qardaşlıq və bərabərlik hissində olmalıdırlar.
Ərdəbil elmi hövzələrinin müdiri bildirib ki, İslam dünyasında işlər Allah əsas götürülərək, digər ayinlərdə isə insan əsas götürülərək həyata keçirilir. O deyib: Hicab məsələsində deməliyik ki, insan öz əqidəsində azaddır, amma ictimai davranışlarına görə məsuliyyət daşıyır və azad deyil. Çünki onun burada cəmiyyətlə əlaqəsi var və bir fərd toplu üçün qərar qəbul edə bilməz.
Cənab Novruzi Qərbə bağlı Azərbaycanda əsassız ittihamlar, bəhanələrlə 180 nəfərin zindana salındığına işarə ilə deyib: Bu 180 nəfər məhbusa əqidəvi qeydi də əlavə olunmalıdır. Çünki siyasi məhbusların digər zəminələrdə fəaliyyəti olur. Amma bu 180 nəfər heç vəchlə uyğun zəminələrdə fəaliyyət göstərməyib.
Höccətül-islam vəl-müslimin Məhdi Novruzi sözlərinin sonunda bu 180 nəfəri dini, əqidəvi zəmində mübarizə aparan şəxslər kimi tanıtdıraraq deyib: Bu sayda məhbus milli və daxili təhlükəsizliyə qarşı fəaliyyət göstərmək səbəbindən həbs edilməyib, əslində onların həbsi üçün yeganə bəhanə hicab, insani və əxlaqi prinsiplərə riayət etmələridir.

IF IF IF IF IF IF IF

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button