ArxivXəbər lentiXəbərlər

Azərbaycan media heyəti Kiş adasına səfər edir

Azərbaycandan bir media heyəti İranın cənubunda yerləşən Kiş adasına səfər edir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib ki, ATV və ANS telekanalları habelə, APA və Trend informasiya agentliklərinin jurnalistlərindən ibarət 5 nəfərlik media heyəti bu gün cümə cümə Fars Körfəzində yerləşən Kiş adasına səfər edəcək. Bu səfərdə məqsəd iki ölkə arasına media əməkdaşlıqlarının gücləndirilməsi və Azərbaycan xalqının İran İslam Respublikası ilə daha yaxından və daha artıq tanış olması, iki ölkə xalqları arasında daha yaxşı anlaşmaya şəraitin yaradılması, İranın turizm baxımından cazibədar guşələrinin həmçinin, iqtisadi potensiallarının tanıtdırılmasıdır.

Kiş İranın ilk azad ticarət və sənaye məntəqəsidir. Kiş özünəməxsus təbiəti və gözəllikləri ilə Fars Körfəzinin mavi sularında qumsal sahilləri ilə göz qamaşdırır. Bu baxımdan Kiş İranda turizm sənayesinin ən öndə gedən isimlərindən biridir. İlin bütün fəsillərində bu gözəl məkana müraciət edib, onun gözəl təbiətindən, göz oxşayan cazibədarlıqlarından faydalanmaq olar. Bu azad ticarət və sənaye məntəqəsinin əsas xüsusiyyətlərindən biri sərmayə və investisiya qoyuluşu baxımından heç bir məhdudiyyətin olmamasıdır. Kiş azad ticarət və sənaye məntəqəsində biznes fəaliyyəti ilə məşğul olmaq istəyənlərə bank xidmətləri, sığorta və maliyyə işləri baxımından xüsusi güzəştlər nəzərdə tutulub. Həmçinin, istehsal olunan məhsulların ixrac edilməsi xərcləri də son dərəcə aşağıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button