AktualAktualArxivIslammədəniyyattahlil va magaleXəbər lentiXəbərlər

Azərbaycan Respublikası su böhranı ilə üzləşibmi?

Baş nazirin müavini və Su İşləri üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev bu ölkədə su ehtiyatlarının bərk azadlığını xəbər verib.

Qafqaz Həqiqətləri “Trend”-ə istinadla xəbər verir ki, Şahin Mustafayev prezident İlham Əliyevin yanında keçirilmiş və su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda deyib: “Su ehtiyatlarının az olması, iqlim dəyişməsi, orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirmişdir.

Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə – cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Müqayisə üçün qeyd edim ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olmuşdur. Eyni zamanda strateji əhəmiyyət kəsb edən Mingəçevir Su Anbarında 15,7 milyard kubmetr tutuma qarşı 8,8 milyard kubmetr su mövcuddur ki, bunun da 7 milyard kubmetri ölü həcmdir.”

Şahin Mustafayev əlavə edib: “Su azlığı təhlükəsini aradan qaldırmaq məqsədilə qısa zaman ərzində bir sıra dövlət qurumları məsələyə cəlb edilib, lazım olan araşdırmalar aparılıb və tədbirlər görülüb.”

Qeyd edək ki, mütəxəssislərin fikrincə, Azərbaycan Respublikası son illərdə bir sıra ekoloji problemlər, su azlığından yaranan təhlükə və quraqlıqla üzləşib. Mütəxəssislər belə düşünür ki, su ehtiyatlarından istifadənin düzgün aparılmaması bu problemləri şiddətləndirib. Son günlərdə Kür çayında su böhranının yarandığına dair sənədlər yayılmışdır. Neftçala əhalisi çayda su səviyyəsinin azaldığını və Xəzərin şor suyunun çaya axdığını deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button