AktualAktualArxivFatimi yaşayişFilm​IslammədəniyyatQarabağSosialTarixXəbər lentiXəbərlər

Ayətullah Seyid Həsən Amili: Bəziləri iftira və təfriqə salmaqla İran-Azərbaycan münasibətlərini korlamağa səy edir-Video

Ayətullah Seyid Həsən Amili: “Azərbaycan Respublikasında bir qrup Amerika və sionist rejimi tərəfindən iki ölkə münasibətlərini korlamaq üçün tapşırıq alıb.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin təmsilçisi və Ərdəbilin imam cüməsi birinci Qədr gecəsi münasibətilə xütbəsində bir qrupun İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələri korlamaq məqsədilə təfriqəçilik hərəkətlərinə işarə edərək deyib: “Onlar Azərbaycan xalqını İrana qarşı bədbin etmək üçün Amerika və sionist rejimi tərəfindən tapşırıq alıblar.”

Həzrət Ayətullah Amili vurğulayıb: “Azərbaycan bizdən, biz də Azərbaycandanıq.”

Vəliyyi-fəqihin təmsilçisi Qarabağın azad olunmasını Allahdan istəyərək deyib: “İlahi! Qarabağı tezliklə azad et və erməniləri işğal etdikləri yerlərdə məhv et.”

Qeyd edək ki, son günlərdə İran və Azərbaycan arasında münasibətlərin genişlənməsinə düşmən olan bir qrup İranın Ermənistana kömək məqsədilə Araz çayı üzərində körpü salması kimi yalan xəbərlər yaymaqla ümumi rəyi İran əleyhinə təhrik etməyə səy etmişdir. Hər iki ölkə rəsmiləri bu hidroqovşaqların 2016-cı ildə imzalanmış saziş əsasında olduğunu bildirməsinə baxmayaraq, bir qrup anti-İran ünsür öz uydurmalarını davam etdirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button