Aktual

Fitnə yenə öz işindədir

Deputat Qəzənfəroğlunun şiəçiliyə hücum etməsi müqabilində kimsə ona mətbuatda cavab vermək istəyib, bundan bərk qəzəblənən Qəzənfəroğlu mətbuatdakı çıxışında açıq aydın təhqirlərə yol verdi.

Yadınızdadırsa bir neçə dəfə İsrailin Bakıdakı səfirliyi qarşısında həbs olunan İran vətəndaşı Həsən Fərəci haqqında bəhs etmişdik, onu da qeyd etmişdik ki, İran səfiri cənab Pak Ayin həmvətənlisi haqqında verdiyi açıqlamada nikbinlik nümayiş etdirib.
Sözün açığı səfirin nikbinliyini bölüşməkdə tərəddüdümüz də vardı, bunun da səbəbi əliyev rejiminin mahiyyəti, insanlara şər, böhtan ataraq onları həbsə atmaları ilə xarakterizə olunmasıdır. Ancaq şükür Allaha ki, İslam Respublikasının səfiri cənab Pak Ayinin nikbinliyi əsassız deyilmiş və 30 sutkalıq həbs olunan Həsən Fərəci noyabrın 30-da azadlığa buraxıldı. Bu o deməkdir ki, İran hakimiyyəti öz vətəndaşına sahib çıxa bildi, öz vətəndaşını meydanda tək buraxmadı, onun iftiranın qurbanı olmasına imkan vermədi.

405631_421031
Biz bu halın, hadisənin şahidi olduq. Belə bir hadisənin şahidi olduğumuz üçün fikirləşə bilərik ki, gələcəkdə də hər hansı bir iranlı Azərbaycanda fitnənin qurbanı olarsa İran onu çətin vəziyyətdə qoymayacaq. Buna baxmayaraq fitnəkarlar da öz işindədir, Məhərrəmlik ayı başlayan kimi Azərbaycanda şiə müsəlmanlarına bir tərəfdən sələfilər hücuma keçdisə, digər tərəfdən də nurçular hücuma keçdi.

İlk baxışdan belə anlaşılır ki, radikal, adam öldürüb ürəyini çıxararaq yeyən sələfilərə nisbətən nurçular dinc, sakit, davakar deyil, ancaq bu camaatin Azərbaycandakı rəsmi dayaqlarına aid, adamlar, jurnalistlər, məmurlar və deputatları düşünüldüyü qədər sabitliyin qorunmasında maraqlı deyil.
Bu il Aşura günü ilə bağlı keçirilən tədbirlərdə zəncir vurmaq, baş yarmaq kimi hallar demək olar ki, yox dərəcəsində idi, səhv eləmiriksə Bakıda bircə Nardaranda zəncir vurulmasına rast gəlindi, di gəl nurçular və qatı din əleyhidarları bunu da çox görüb başladılar şiəçiliyin üstünə hücuma keçməyə. Belələrindən biri də Milli Məclisin deputatı, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu oldu.
Deputat Qəzənfəroğlunun şiəçiliyə hücum etməsi müqabilində kimsə ona mətbuatda cavab vermək istəyib, bundan bərk qəzəblənən Qəzənfəroğlu mətbuatdakı çıxışında açıq aydın təhqirlərə yol verdi. Deputat iddia edir ki, nurçular Azərbaycanda yüzlərlə məktəb açıb, təshil ocaqları qurub, bu deyilənlərin ədalət naminə doğru olduğunu biz də təsdiqləyirik.
Həqiqətən, türk litseyləri kimi tanınan nurçuların məktəblərində, dövlətin orta məktəbləri ilə müqayisədə təhsil səviyyəsi çox yüksəkdir, nurçuların məktəblərində savadsız şagird tapmaq mümkün deyil.
Bu məktəblərin məzunları arasında Azərbaycan ali təhsil ocaqlarına daxil olanlar çoxluq təşkil edir, hərçənd ki, türk litseylərinin məzunlarının əksəriyyəti Türkiyədə və ya qərb ölkələrindəki ali məktəblərə yollanır.
Qafqaz Universiteti təhsil səviyyəsinə görə Azərbaycan ali təhsil ocaqları arasında ilk üçlükdə yer alır. “Araz” hazırlıq kursları dillər əzbəridir. Bir sözlə, Fazil Qəzənfəroğlu deyəndə ki, nurçular təhsildə böyük uğrulara imza atıb haqlıdır, bunu danışmaq olmaz.
Deputat Qəzənfəroğlu şiələri zəncir vurub, baş yarmaqda qınamaqdan başqa həm də nurçular kimi yüksək təhsil verən məktəblər açımamasında ittiham edib. Ancaq Fazil Qəzənfəroğlu təkcə bunları demir, O, həm də şiələrin siğə nikahına qarşı çıxaraq bu nikahdan doğulanları qeyri qanuni (burda mövcud dünyəvi qanunvericilik nəzərdə tutulmur yəqin), belə demək mümkünsə zinadan doğulanlar adlandırmaqla, onları şərəfsiz hesab edir.
Qəzənfəroğlunun bu cür təhqirlərinə əlbəttə ki, yenə də hansısa jurnalist, yazar və ya ilahiyyatçı cavab verəcəyini güman etmək olar, ancaq ona cavab verənlər arasında bir nəfər olsun deputatın olmaması vəziyyətin şiələr üçün nə qədər mürəkkəb olduğunu göstərir. Burda ən azı prezidentliyə namizədliyi AİP tərəfindən dəstəklənən İlyas İsmayılovdan reaksiya olacağını ummaq olardı, di gəl İlyas İsmayılova bələd olduğumuzdan qeyd olunan mövzuda Qəzənfəroğluna cavab verəcəyini heç ağlımızı belə gətirmirik. Bəlkə bu dəfə də şiələr meydanda tək qalmayacaq?

Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button