AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərtahlil va magaleXəbər lentiXəbərlər

AİP sədr əvəzinin həbsini kim tapşırıb?

Ötən günlərdə Azərbaycan İslam Partiyası sədr əvəzi Hacı İlham Əliyev və Müsəlman Birliyi Hərəkatının 5 üzvünün həbs xəbəri bu şiə ölkəsində müsəlmanları və İslam ümmətini bərk narahat etmişdir.

Qafqaz Həqiqətləri “Təsnim”-ə istinadla xəbər verir ki, ötən günlərdə Azərbaycan İslam Partiyası sədr əvəzi Hacı İlham Əliyev və Müsəlman Birliyi Hərəkatının 5 üzvünün həbs xəbəri bu şiə ölkəsində müsəlmanları və İslam ümmətini bərk narahat etmişdir. Qafqaz məsələləri üzrə ekspert Həsən Səmədzadə öz məqaləsində bu məsələ barədə fikir bildirmişdir:

Azərbaycan Azərbaycan İslam Partiyasının sədr əvəzi, tanınmış ruhani Hacı İlham Əliyevin DTX tərəfindən saxlanılması, cinayət məcəlləsinin 274-cü maddəsinə (dövlətə xəyanət) istinad etməklə barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilməsi çox ədlətsiz və qərəzlidir. Azərbaycan dövlətinin öz islamçı tənqidçiləri və müxalifləri ilə rəftarının keçmişinə diqqət etdikdə məlum olur ki, bu ölkənin təhlükəsizlik aparatlarının İslam rəhbərləri və hərəkatları ilə davranışı bərk təzyiq və repressiya ilə yanaşı olmuşdur. Belə ki, AİP sədri doktor Mövsüm Səmədov 9 il bundan əvvəl (2011-ci il) milli təhlükəsizliyi pozmaq, silahlı qrup yaratmaq kimi əsassız ittihamlarla 12 il həbsə məhkum oldu və indi də zindandadır. Hacı Abgül Süleymanov, Hacı Tale Bağırzadə və onlar kimi digər islami hərəkat rəhbərləri də dini və islami dəyərləri müdafiə etdikləri üçün həmin taleyə düçar oldular. Lakin burada ortaya çıxan əsas sual budur ki, Azərbaycanda hal-hazırda nisbətən sakit bir atmosfer hökm sürdüyü bir vaxtda bu tələsik və qeyri-qanuni addım hansı məntiq və dəlil əsasında təhlil olunur?

Sözsüz, Azərbaycan hakimiyyətinin bu tanınmış ruhaniyə və islami hərəkata qarşı bu məntiqsiz hərəkətinın kökünü iki amildə axtarmaq olar. İslam dünyasında və islami müqavimət cəbhəsində baş verən son hadisələrə nəzər saldıqda məlum olur ki, Hacı İlham Əliyev son aylarda (ABŞ prezidenti Trampın təklif etdiyi) “əsrin sövdələşməsi” planına qarşı mövqe sərgiləmişdir. O, sionist rejim və Amerikanın maraqlarının təmin edilməsi istiqamətində hazırlanmış bu xain planı pisləmiş və fələstinli müsəlmanlarının qanuni haqlarını müdafiə etmişdir. Habelə, cinayətkar Amerikanın islami müqavimət cəbhəsinin sərvəri general Hacı Qasim Süleymaniniyə qarşı terrorçu hərəkətini pisləmək və şəhid Qasim Süleymaniyə sevgi nümayiş etdirmək Hacı İlham Əliyevin şəxsiyyətinin İslam düşmənlərinin diqqətini çəkməsinə səbəb olan digər bir amildir.

İslam dünyasının Suriya, Hindistan, İraq, Livan və Yəmən kimi ölkələrində baş verən gərginlik və qarşıdurma yaşanan hazırkı vəziyyətini araşdırdıqda çox asanlıqla bilmək olar ki, İslam düşmənləri, xüsusilə də sionist rejimi və cinayətkar Amerika general Qasim Süleymaninin şəhadətindən sonra Qərbi Asiya regionunda yaranmış siyasi və təhlükəsizlik atmosferindən faydalanmaq, beləliklə, itirdikləri güc balansını yenidən öz xeyirlərinə dəyişmək və bu şəhidin dəyərli mirasını tarac etmək ardıncadırlar. Bu arada əhalisinin əksəriyyəti şiələrdən ibarət və İran İslam Respublikasının qonşuluğunda yerləşən Azərbaycan Respublikası sionist rejim, Amerika və digər mürtəce ölkələrin planlarında çox mühüm yer tutur. Sözsüz, belə bir şəraitdə onlar islami hərəkat və onların rəhbərlərinə qarşı yaranan bütün fürsətlərdən istifadə edirlər. Buna əsasən, demək olar ki, Azərbaycan hakimiyyəti uşaq qatili olan sionist rejim və cinayətkar Amerikanın tövsiyə və təzyiqi ilə AİP sədr əvəzini saxlamış və həbs etmişdir.

Məlumdur ki, Azərbaycan dövləti islamçıların bu ölkədə möhkəm və geniş bazasını görməməzliyə vura, heç bir dəlil olmadan, məntiqsiz və saxta ittihamlarla tanınmış şəxsiyyətlərə qarşı addım ata bilməz. Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı, Azərbaycan Ziyalılar Birliyi, DEVAMM, Azərbaycan Ruhanilər Məclisi, Qələm Yazarlar Birliyi kimi qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai-siyasi şəxsiyyət və fəalların iştirakı ilə Hacı İlham Əliyevin hüquqlarının qorunması üçün Müdafiə Komitəsinin yaradılması göstərir ki, təhlükəsizlik aparatlarının son addımı Azərbaycan dövlətinə baha başa gələcək. Üstəlik, İslam ümmətinin azadlıq sevərləri, mütəfəkkirləri, alimləri və digər təmsilçiləri də Azərbaycan hökumətinin bu qeyri-qanuni və yolverilməz hərəkəti qarşısında sakit qalmayacaq və sakit qalmamalıdır.

Hacı İlham Əliyevin həbsi ilə bağlı xəbərlərin Türkiyə, İran, Rusiya və Gürcüstan kimi ölkələrin medialarında izlənilməsi və mövcud reaksiyalar göstərir ki, gələn günlərdə İran və digər İslam ölkələrində dini, mədəni və ictimai şəxsiyyətlər, habelə ictimai təşkilat və qurumlar AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsinə geniş etiraz edəcək, sionist rejim və Amerikanın Azərbaycan Respublikasında siyasətlərinə müxalifətini bildirəcəklər.

Ümidvarıq ki, Azərbaycan dövləti öz milli maraq və məsləhətini nəzərə alaraq uzaqgörənliklə bu məsələyə diqqət yetirsin, İslam düşmənlərinin onun üçün planlaşdırdığı tələdən özünü xilas etsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button