AİP lideri Mövsüm Səmədovun bütün dostlara salamı var
AİP sədri Mövsüm Səmədov hüquqlarını müdafiə edən yeni vəkili Bəhruz Bayramlı ilə görüşüb.
Bu barədə “İslaminSesi”nə vəkil özü məlumat verib. Vəkilin sözlərinə görə, müvəkkilinin vəziyyəti yaxşıdır, əhval-ruhiyyəsi hər zaman olduğu kimi yüksəkdir. Dostlara salamı var.
Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.