General-mayor Səlami ölkədəki son hadisələri dəyərləndirərək, “düşmənin bizi ölkədəki problemlərlə məşğul olmağımıza çalışdığı bir vaxtda Şimali İraqdakı terror hədəflərini vurduq. Araz çayı sahilində böyük bir təlim keçirdik, bir peyk daşıyıcı raketi atmosferə buraxdıq, uçuş məsafəsi 300 km-ə qədər olan Bavar 373 havadan müdafiə sisteminı sınaqdan keçirdik və ötən gün heç bir hava hücumundan müdafiə sisteminin dayana bilməyəcəyi hipersəs raketi hazırladığımızı bildirdik” deyib.
“Düşmənlərə dedik ki, onlar sülh içində yaşamayacaqlar, buna görə də onların əmin-amanlıqlarını pozacağıq. Onlar bir neçə gündür ki, narahatdırlar. Düşmənlər bizim reaksiyamızdan çox qorxur və bir neçə ölkə vasitəsilə “cavab verməyin” mesajları göndərirlər”, Selami əlavə edib.
Ər-Riyad, Təl-Əviv, Nyu-York və Parisdə anti-İran planının hazırlandığını qeyd edən general-mayor Səlami, “düşmənlər İranın asılı olmasını istəyir. Onlar müstəqil və dinsiz İran istəyirlər. Düşmənlər bilməlidirlər ki, İran xalqı yaşayır və öz müqəddəratını özü təyin edəcək”, – deyə bildirib.