ArxivIslamXəbər lentiXəbərlər

Tale Bağırzadə: “İlham Əliyev burada olmalı idi…

“Bizim babalarımız 100 il bundan qabaq Şərqdə ilk demokratik cümhuriyyəti qurdular, qadına səsvermə hüququ verdilər, bu gün onun varisi olduğunu iddia edən hakimiyyət isə siyasi fikirlərinə görə bir qadını – Gözəl Bayramlını həbs edir” – bu sözləri məhkəmədə ilahiyyatçı Tale Bağırzadə deyib.
qafqaz.ir Rakurs TV-nin məlumatına görə, fevralın 6-da Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə açılmış yeni cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Qaradağ Rayon Məhkəməsində keçirilən prosesə hakim Rufan Mürsəlov sədrlik edib.
Məhkəmə iclasını açıq elan edən hakim, Tale Bağırzadənin üzərindən yeddi ədən “MicroSD” tipli yaddaş kartının aşkar edildiyini, iş üzrə altı şahidin olduğunu bildirib. O, Tale Bağırzadədən ittihama münasibətini soruşub. İlahiyyatçı bildirib ki, bu tipli yaddaş kartlarından həbsxanada hər kəs itifadə edir, lakin buna görə məhz ona cinayət işinin açılması göstərir ki, bu, siyasi sifarişli işdir:
“İstəyirəm niyə bu yaddaş kartlarından istifadə etdiyimdən danışım. Mən həmişə ictimai-siyasi proseslərlər maraqlanmışam. bu yaddaş kartlarıında da, ictima-siyasi proseslərlə bağlı məlumatlar, o cümlədən Gözəl Bayramlının, Əfqan Muxtarlının həbsi barədə məlumatlar, eləcə də mənim ərəb-fars dillərində dərsliklərim vardı. Mən iki universitet bitirmişəm, amma həbsxanalar mənim üçün akademiyadır. Çalışıram burada zamanımı səmərəli keçirim. İlham Əliyev bu ili “Cümhuriyyət ili” elan edib. Bizim babalarımız 100 il bundan qabaq Şərqdə ilk demokratik cümhuriyyəti qurdular, qadına səsvermə hüququ verdilər, bu gün onun varisi olduğunu iddia edən hakimiyyət isə siyasi fikirlərinə görə bir qadını – Gözəl Bayramlını həbs edir”
Hakim: “Mahiyyəti üzrə danış”
Tale Bağırzadə: “Cənab hakim, işin mahiyyəti budur. Mən bu yaddaş kartlarının mənə aid olmasını inkar etmirəm. Bu yaddaş kartlarından həbsxanada hər kəs istifadə edir, lakin məhz mənə buna görə cinayət işi açılması sübut edir ki, burada siyasi sifariş var. Mən Kürdəxanı Təcridxanasından bunlardan istifadə edirdim, Qobustana gələndə uddum. Əgər mənim yaddaş kartını udmağım qanunsuzdursa, onda xalqın malını öz halalca malı imiş kimi yeyib udan İlham Əliyev və ətrafı məndən qabaq burada olmalı idi və olacaqlar da. Geci-tezi var. Hamısının yeri həbsxanadır”
Hakim: “Mahiyyəti üzrə…”
Bundan sonra hakim növbə ilə şahidləri məhkəmə zalına dəvət edib. O, hal şahidi kimi ifadə verəcək iki nəfərin – Qobustan həbsxanasında cəza çəkən Elman Kaxayev və Elşad Qurbanovun məktub yazaraq yazılı ifadələrini təsdiqlədiklərini, məhkəmədə iştirak etmək istəmədiklərini bildirib. Tərəflər bununla razılaşıb. Digər şahidlər – həbsxananın əməkdaşları Rauf Nəbiyev, Tural Babayev, Aqil Əliyev, Mirxalid Abdullayev ifadə veriblər. Onlar tibbi ekspertiza zamanı Tale Bağırzadənin qarın boşluğunda “MicroSD”lərin tapıldığını bildiriblər. Tərəflərin şahidlərə suallarından sonra vəkil Fariz Namazlı vəsatət qaldırıb. O, Tale Bağırzadədən aşkar edilən yaddaş kartlarının, məhkumlar tərəfindən həbsxanada istifadəsi qadağan olunmuş radioelektron vasitələrin elementi kimi tanınmasına etiraz edib. Vəkil bildirib ki, “radioelektron vasitələrin elementləri” ifadəsinə normativ anlayış verilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməlidir. Məhkəmə vəsatəti qəbul etməyib.
Bununla da məhkəmə istintaqı başa çatıb. Tərəflər son sözə hazırlaşmaq üçün vaxt istəyib. Növbəti proses fevralın 13-ə təyin olunub.
Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button