ArxivIslamXəbər lentiXəbərlər

“Nardaran işi 4” – Əbülfəz Bünyadov məhkəməyə xərəkdə gətirildi – Video

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Nardaran işi 4” üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib. Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına “təcili yardım” xərəyində gətirilib.
Vəkil F. Namazlı iş üzrə icraata xitam verilməsi və İsgəndərov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını məhkəmədən istəyib. Lakin dövlət ittihamçısı E. İsgəndərovun xüsusi ağır cinayətdə ittiham olunduğunu bildirərək, vəsatətin təmin olunmamasını deyib. Bünyadovun vəkili N. Fərzəliyeva Ə. Bünyadovun səhhətində yaranan problemlərlə görə iş üzrə cinayət işinin ayrılması haqqında vəsatət verib.
Qısa sürən müşavirədən sonra hakim Ə.Hacıyevin vəsatətlərin təmin olunmadığını deyərək, növbəti prosesin 13 fevralda davam edəcəyini elan edib.
Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyatov bir müddət azadlığa çıxıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button