AktualAktualArxivTarixXəbər lentiXəbərlər

Nizami Gəncəvi Konfransı öncəsi ilk iclas keçirilib/foto

Nizami Gəncəvi Beynəlxalq Konfransı öncəsi ilk iclas Şərqi Azərbaycan əyalətinin fars dili və ədəbiyyatı müəllimlərinin iştirakı ilə keçirilib. 21 dekabr cümə axşamı Təbrizin Təlim-Tərbiyə İdarəsinn toplantı salonunda baş tutmuş iclasda Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi höccətül-islam vəl-müslimin Məhəmmədəli Ali-Haşim və dövlət məsulları da iştirak edib.

Qafqaz Mədəniyyət Mərkəzi- Redaksiyamızın Nizami Gəncəvi Beynəlxalq Konfransının ictimai əlaqələr bölməsinə istinadən verdiyi məlumata görə, iclas fars dili və ədəbiyyatı müəllimlərinin yüksək iştirakı ilə baş tutub. İclasda Şərqi Azərbaycanın ədəbiyyat müəllimləri, o cümələdən doktor Əhmədi çıxış ediblər və şer oxuyublar.

Konfransın sonrakı iclaslarının Təbriz universitetlərində keçirilməsi nəzərdə tutulub. Xarici ölkələrin müəllimlərinin iştirak edəcəyi iclas isə 25 fevralda konfransın əsas toplantı salonunda baş tutacaq.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Konfrans 26 fevralda İran, Azərbaycan, Türkiyə, Tacikistan, İraq, Suriya və Misir kimi ölkələrin ədib və mütəfəkkirlərinin iştirakı ilə Təbrizin Müəllim Tərbiyəsi salonunda keçiriləcək.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button