ArxivXəbər lentiXəbərlər

İran, Azərbaycan, Rusiya və Belarus dəmir yol rəsmiləri Bakıda bir araya gəliblər

İran İslam Respublikası, Azərbaycan Respublikası, Rusiya Federasiyası və Belarusun dəmir yol rəsmiləri Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi prosesini araşdırmaq üçün Bakıda iki günlük iclas keçiriblər.

İRNA-nın məlumatına görə, İran, Azərbaycan, Rusiya və Belarusun dördtərəfli iclasında Şimal-Cənub Dəhlizi yolunun potensiallarının artırılması və məhsulların daşınmasının tənzimlənməsi araşdırılıb.

İran İslam Respublikası dəmir yol İdarə Heyətinin üzvü Hüseyn Aşurinin başçılıq etdiyi İran heyəti Bakı iclasında İrandan məhsulların Azərbaycan ərazisi vasitəsi ilə Rusiyaya daşınması haqda məlumat verib.

Hindistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya, Belarusdan Avropaya operatorlar, göndərən və təhvil alan şirkətlərlə görüşlərin təşkil olunması Bakı iclasında araşdırılan digər məsələlərdən olub.

Çərşənbə axşamı günü iki günlük Bakı iclasının sonunda Beynəlxalq Şimal-Cənub Dəhlizi çərçivəsində nəqliyyat fəaliyyətləri ilə əlaqədar bir neçə sənəd İran, Azərbaycan, Rusiya və Belarus rəsmiləri tərəfindən imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button