ArxivNardaranXəbər lentiXəbərlər

İlahiyyatçılara cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs olunan ilahiyyatçılar Zülfiqar Mikayılov, Elman Ağayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İslamazeri.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənlərə cəza istəyib.

O, Hacı Zülfüqar Mikayılovun 18 il, Elman Ağayevin 15 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib. Dövlət ittihamçısı həmçinin digər təqsirləndirilənlərə də 10 ildən artıq cəza istəyib.

Proses sentyabrın 25-də davam etdiriləcək.

Xatırladaq ki, təqsirləndirilənlər Nardaran qəsəbəsində baş verən hadisələrdən sonra həbs olunublar. Onlar Cinayət Məcəlləsinin bir neçə ağır maddələri ilə ittiham edilir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button