ArxivNardaranXəbər lentiXəbərlər

SEYID ELMANA ,HACI ZÜLFÜQARA OLUNAN IŞGƏNCƏLƏRDƏN XƏBƏRIM VAR

1.Keçən həftə ki,çıxışımdan qısa xatırlatma edirəm ki,bizim terrorla heç bir bağlılığımız yoxdur.Bunu siz hakimlər də çox yaxşı bilirsiz.
2.Quranda Allah (c)buyurur ki,Onlar tədbir tökürlər Allah da tədbir tökür.Allahın tədbiri daha xeyirlidir.
3.Biz bəndələr Allaha təslim olmuşuq.Allahın kitabı olan Quranın ayələrində Allah bizdən nə istəyirsə ona əməl edirik.Buna görə kimsə narahatdırsa ,bu bizə maraqlı deyil.Çünki Allah öz əziz Peyğəmbərinə(s.v) buyurur ki,Sən de Səni qorumaq mənim öhdəmdədir.Biz əziz Peyğəmbərimizin(s.v) getdiyi yol ilə gedirik,Allah Quranda vədə verib ki,bizi qoruyacaq.Buna zərrə qədər şübhəm yoxdu.
4.”Bandotdel”-in bizə qarşı etdiyi ədəbsizliklərin hamsına Allah özü Qəvi- yəni güclü Məğlubedilməz adı ilə cavab verəcək.
3-cü Qurupda olan Seyid Elman Ağazadə haqqda məndən “Bandotdel”soruşanda və məni onun əleyhinə danışmağım üçün işgəncəyə məruz qoyanda bir anlıq Tarix yadıma düşdü!Xanımların şahı olan Əziz Peyğəmbərimizin (s.v) qızı Xanım Zəhra (s.ə) özü İslam üçün canından keçdi,hətta bətnindəki 6ayliq balasından keçdi.Mən bir İslam dininin təbliğatçısı kimi ,Xanım Zəhra(s.ə)haqqında məclislərdə çox danışmışam.Hətta bəzən o Xanım yaşasaydı o Xanımın tərəfdarlarından olardım iddiyasını da etmişəm.Bir şeyi başa düşdüm .Çöldə bir məsciddə 3000-5000 nəfər üçün Xanım Zəhradan(s.ə)danışmaq asandı.Təkcə insandan nəfəs tələb olunur,bir də tarixi bilmək.Amma bu gün o xanımın balalarını müdafiə etmək insandan qeyrət tələb edir.Buna tam yəqinim var.Çünki mənim baş və bədən üzvülərimə zərbələr vurulanda güclü ağrılarım var idi.7-ci günü məndən Seyid Elmanın əleyhinə danışmağımı istədilər ,amma alınmadı.Canımı verməyə hazır idim ki,Seyid Elmanın anası Xanım Zəhra(s.ə)-nın yanında üzü qara olmayım.Bir Xanım canından keçib,İsa keçməsə qeyrətdən payı yoxdu.Seyid Elman ölkənin nüfuzlu alimlərindəndir.Seyid Elman haqqda çox iftixarla deyə bilərəm ki,O,ölkənin qeyrətli oğullarından və Alimlərindəndir.
5.Seyid Elmana ,Hacı Zülfüqara olunan işgəncələrdən xəbərim var.Peyğəmbər (s.ə.v.v)buyurub ki,dünyanın Şərqində bir müsəlmana zülm olunarsa,dünyanın Qərbindəki müsəlman narahat olmasa o müsəlman deyil.
6.7-ci günü axşam bədənimdən ağrılar çəkilib getdi.Bunun səbəbi Seyid Elmanı müdafiə etdiyim üçün bir hədiyyə idi.Bunu o işgəncə verənlər də sabahı günü özləri də gördülər.Çünki səhəri gün yuxarı qalxanda bədənimdə bir dənə də olunsun göyərti, qaraltı izi yox idi.Bunun səbəbini onlara danışdım,ondan sonra bir az əl saxladılar.
7.Şeyxə məktub yazdım Kürdəxanıdan.Quran ayələrindən istifadə etdiyim məktubda sonda Quranın ALİ-İMRAN sürəsinin 71-ci ayəsini yazdım və Onlara Allah bəndəsi kimi öz höccətimi tamam etdim.Ayədə deyildiyi kimi biz haqq olduğumuz halda şübhəli hala salıblar.Allah bu şübhəni özü aradan apardı.Xalq dinindən,irqindən asılı olmayaraq bizim Haqq olduğumuzu bilir.Nədənsə məktubumun cavabı gəlməyib.
8.Hakimiyyət əleyhinə çıxmaqda ittiham olunmuşam.Halbuki, heç bir yerdə bu baş verməyib.Zərrə qədər buna sübut yoxdu.
Kərbəlayi İsa Lənkərani.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button