ArxivIslamXəbər lentiXəbərlər

“Şeytana pənah” deyib Allahdan qorxanların aqibəti

İslam dinindən öyrəndiyimiz təlimlər əsasında bunu deyə bilərik ki, bir insanın digərinə olan nəsihəti ancaq o zaman təsirli olur ki, məsləhət verən şəxs özü bu məsləhətə əməl etmiş olsun
“Allahdan qorx” ibarəsi müsəlman xalqımız dilində əzbərə çevrilib. İki kəlməlik bu ibarənin işlənmə yerinə nəzər saldıqda məlum olur ancaq və ancaq təhdid zamanı işlədilir. Məsələn, kimdənsə nahaqq əməl görən bir şəxsin həmin şəxsə deyə bilcəyi ən təsir söz “Allahdan qorx” kəlməsidir. Amma bu kəlmə əlbəttə hər zaman təsirli ola bilməz.
İslam dinindən öyrəndiyimiz təlimlər əsasında bunu deyə bilərik ki, bir insanın digərinə olan nəsihəti ancaq o zaman təsirli olur ki, məsləhət verən şəxs özü bu məsləhətə əməl etmiş olsun. Əks halda səmərə verməyəcək. “Allahdan qorx” kəlməsi isə zahirdə təhdid kimi səslənsə də əslində bu təhdid görünüşlü ibarənin məsləhət xarakterli olması işlənmə yerindən məlumdur. Çünki insan ona haqsızlıq edən şəxsi təhdid etsə də batində ona məsləhət vermiş olur.
“Allahdan qorx” kəlməsi barədə iki istiqamətdə danışmaq olar: Daha doğrusu Allahdan qorxanlar iki dəstədir. Bir dəstə Quranda buyurulduğu kimi həqiqi qorxanlardır. Quran dəfələrlə “ittəqullah” (Allahdan qorxun) deməklə, “təqvalı olun” deməklə insanlara Allahdan həqiqi mənada, haqqıyla qorxmağa dəvət edir. İkinci dəstə isə Allahdan başqa mənada qorxan dəstədir. Onlar Allaha yox, şeytana pənah aparmaqla Allahdan qorxan dəstədir.
Birinci dəstənin ruhu, əti, qanı, sümüyü imanla yoğrulan dəstədir. Onların qəlbini yarsanız Allaha məhəbbətdən savayı heç nə tapmaq olmaz. Onların qəlbində Allahdan başqa heç kəsə yer yoxdur. Onlar Allahdan başqa heç bir kəsdən qorxmazlar. İkinci dəstə isə dünya həyatında özünü bədbəxt, axirətini bərbad edən insanlardır. Onların qəlbində Allahdan başqa hər şey var. Onlar Allahdan ancaq və ancaq zahiri xoşluqlarının bərbad olmasından ötrü qorxarlar. Onlara “şeytana pənah” deyib Allahdan qorxarlar. Onların hər anı “amandır, birdən Allaha tərəf qəlbimiz meyl edər” qorxusuyla yaşayanlardır. Onlar dünya həyatında yeyərlər, içərlər, yaşayarlar, halal-harama riayət etmədən ömürlərini sürərlər. Onların məbudu mal, pul, dövlət, sərvət, oğul, uşaqdan başqa bir şey deyil. Allah Quranın “Təkasur” surəsinin ilk ayələrindən bu məqama işarə edərək buyurur ki, onların başında mal, pul, övlad, sərvət çoxluğu qatdı. Hətta qəbirləri ziyarət edənədək, yəni ölüb gedənədək bu qəflət onların başını qatdı.
“Təsvif” sözünü bizim dilə tərcümə etsək təqribən “sonra edərəm” mənasına gəlir. “Bu günün işini sabaha qoyma” zərbü məsəli tam olaraq “təsvif”in qarşısını almaqdan ötrüdür. Fərql eləmir, istər adi məişət şəraitində olsun, istər vəzifə başında, istərsə də dini işlərdə və təklif zamanı. Bütün bunlardan əlavə dini təklif gərək dövlət səviyyəsində yerinə yetirilsin. Allah qorxusunda birinci mənasıyla dövlət tərəfindən həyata keçirilməlidir. Allah qorxusu adlı dövlət proqramı hazırlanmalıdır. Bu olmadığı təqdirdə isə dövlət və onu idarə edənlərə Allahdan qorxmanın ikinci mənası şamil ediləcəkdir. Necə ki, bu gün biz bunun bariz nümunəsini bütün dünyəvi dövlətlərdə görürük. Ruhaniyyəti siyasətə, dövlət postlarına yaxın buraxmamaq, dini siyasətə qarışdırmamaq – bu və s. planlar məqsədyönlü şəkildə işə slaınır. Bunun məntiqli nəticəsi olaraq da, insanlar Allahdan, dindən, paklıqdan uzaqlaşırlar. Allahdan qorxub günah etməmək yerinə insanlarda mal, pul, candan ötrü Allahdan qorxmaq məsələsi meydana çıxır. Əlbəttə insanlar, başqa sözlə xalq, millət faktorunu əbəs yerə qeyd etmədik. Çünki məhşur rəvayətdə də buyurulduğu kimi insanlar çox zaman öz başçılarının dini üzərində olurlar. Onların əqidələr istər-istəməz onların əqidələri üzərində köklənir.
Təəssüflər olsun ki, islamofobiya bu gün bütün dünyanı öz ağuşuna alıb. Etiqad, din, vətəndaş azadlığından ağız dolusu danışan və dünyada demokratik dövlətlər kimi tanınan bir sıra dövlətlərdə isə bu xəstəlik daha geniş yayılıb. Bu dövlətlərlə kəllə-kəlləyə gəlmək istəyən sair dövlətlər də öz ölkələrində etiqad azadlığına bir sıra məhdudiyyətlər qoyurlar. Bütün bunların kökündə islamofobiya durur. Bu cür dövlətlər əllərində olan geniş imkan vasitəsiylə xalqların başını mənasız, səmərəsiz işlərlə qatıb, dindən-imandan uzaqlaşdırırlar. Çünki onlarda Allahdan qorxmanın birinci mənası yox ikinci mənası öz əksini tapır. Dövlətlər bu cür kobud səhvlər buraxdıqdan sonra xalqlar da onların marşrutu üzrə hərəkət etməyə başlayırlar.
Bundna ötrü müsəlman ölkəsi hesab edilən öz ölkəmizə baxmağımız kifayət edər. Bu barədə əlimizdə kifayət qədər arqument var. Dövlət səviyyəsində nəinki İslam dini önə çəkilmir, üstəlik insanları İslamdan uzaqlaşdırmağa çalışırlar. Təsəvvür edin bir Respublikanın ruhaniyyətini təmsil edən insanlar dövlət əleyhinə fəaliyyət göstərən insanlar kimi tanıdılır, tələbələr xarici dövlətlərin maraqlarına xidmət edən ünsürlər kimi tanıtdırılır. İslam insanlarda qorxu mənbəyinə çevrilir. İnsanlar başlarını lazımsız proqramlarla qatırlar. Qorxurlar ki, birdən ayağımız büdrəyər, Allaha tərəf gedərik. Bu işlər əlbəttə bilərəkdən edilir. Çünki bir dini gözdən salmaq üçün o dini təmsil edən insanları terrorçu, agent, xayin, dövlət qanunlarını pozan insanlar kimi qələmə vermək yetərlidir.
Allahdan təmənna edirik ki, insanlarımız həyatlarını elə tənzimləsin ki, Allahdan qorxmanın ikinci deyil, birinci mənasını onlara şamil edilir. Əks halda bu insanların aqibəti pis olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button