ArxivNardaranXəbər lentiXəbərlər

“Zillət bizdən uzaqdır”

Salam olsun bu şüarı öz həyatının hidayət çırağı edən dəyərli və qədir bilən xalqıma. Özünün və övladlarının şərəfli canlarını, fədakar səhabələrinin qanları ilə tarixə bu əzəmətli şüarı həkk edən, bu addımı ilə tarixin qaranlıq səhifələrinə bir hidayət çırağı tək nur saçan hz. Hüseyn (ə) dünyanın abadlığı və islahı üçün, günümüzdə belə öz dəyərli töhfəsini əsirgəməyən, həyatımızın dəyərini artıran, müqəddəs məramını öz həyatlarına bir nümunə kimi örnək bilən insanlar, daim millətinə və xalqına gərəkli, dövlətçiliyinin gələcəyi üçün lazımi və həyat əhəmiyyətli xidmətləri ilə öz töhfələrini əsirgəməmişlər. Çünki bir xalqın zilləti qəbul edib, boyunduruq altında olmağına biganə yanaşmaq xalqın heç bir zaman müstəqil olmamağını və istiqlaliyyətin həqiqi şirinliyini dadmayacağını qəbul etməkdir. Xalqın qeyrətli oğulları və millətinin təəssübünü çəkənlər buna imkan verməzlər.
Əziz və möhtərəm xalqım, sizləri həqiqətləri görməyə və Azərbaycan xalqının gələcəyi naminə bu millətin, bu torpağın azadlığı uğrunda öz azadlıqlarını fəda edən və cavan, hələ yenicə müstəqil addımlarını atmağa çalışan fədakar bir Hərəkat və onun şücaətli, qeyrətli üzvlərinin qorxmazlığından danışmaq istəyirəm. Onlar xalqının asayişi üçün müxtəlif cür zorakılığa və repressiyalara, zülmün və işgəncələrin ən şiddətlisinə dözərək bu xalqın yolunda necə xidmət etmək lazım olduğunu nümayiş etdirmişdir.
Azərbaycan xalqının sağlam düşüncəli və xeyirli gələcəyinin qurulması üçün bütün növ gərəksiz və mədəniyyətimizə zidd olan, xalqın iradəsini sual altına alan, hər növ milli mənəvi və mədəni dəyərlərə zərbə vuran bayağı təsirlərdən çəkindirmək və qorumaq naminə yeni, amma xalqımızın milli, dini və şərəfli, şanlı tarixinə sadiq olaraq Hərəkat təsis edib, şah İsmayılın dövlətçilik prinsiplərini rəhbər tutaraq xalqına və millətinə xidmətin əsl nümunəsini nümayiş etdirmişdir.
Elə tam zamanı gəlib yetişdiyini duyan xalqın şücaətli və ləyaqətli övladlarını birləşdirən İctimai Birlik 2015-ci ilin yanvarın 13-də təsis olundu, mehriban və bağışlayan Allahın adı və Qurani kərimin oxunuşu ilə dövlət himnimizin oxunuşu ilə başlayaraq Hərəkatın ümumi hədəfi və məramı barədə geniş söhbət olundu. Müsəlman Birliyi Hərəkatı məmləkətimizə , cəmiyyətimizə yeni ümid, yeni nəfəs bəxş edəcək, zehinlərdə olan qorxu zəncirləri qıracaq, Azərbaycanın danışan dili olacaq, məzlumun yanında, zalımın qarşısında duracaq və bütün çətinliklərə baxmayaraq xalqının rifahı üçün heç bir şeyini əsirgəməyəcək və insanları milli və islami birliyə dəvət edəcəkdir.
Cəmiyyət bu Hərəkatın bu qədər rezonans doğuracağını güman belə etmirdi, yalnız 10 aydan sonra Müsəlman Birliyi Hərəkatının mövcudluğu hakimiyyətin canına necə qorxu salacağını anlayacaqdı. Əslində bu qorxu rejim dairələrini təşkilatın təsis olunduğu vaxtdan narahat edirdi. Elə bu qorxunun nəticəsi olaraq Hərəkatın bütün idarə heyətinin həbsi, müxtəlif işgəncələrə və təzyiqlərə məruz qoyulması, digər üzvlərini də şərləyərək, terrorçuluqda ittiham etmək, bu günlərdə Tale Bağırzadəni və digər həbs edlənlərə verilən cəzalar belə həmin qorxunun nəticəsində başa gəlib, amma Allah şahiddir ki, bizləri bu həbslər, verilən cəzaların ağırlığı qorxuda bilməz və başladığımız bu şərəfli və dəyərli işdən bir addım belə çəkilməyəcəyik, son damla qanımıza qədər Hacı Talehi dəstəkləyir, onun tutduğu mövqeyi və apardığı dərin və gərəkli siyasətinə canla başla xidmətdə varıq.
Hacı Tale, səninlə fəxr edir, bu yolda səninlə birgə olmağımdan qürur duyuram.

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayev

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button