ArxivXəbər lentiXəbərlər

Hacı Abgül Süleymanovun həbsindən 4 il keçir

Bu gün hacı Abgül Süleymanovun həbsindən 4 keçir. Düz 4 il bundan öncə Azərbaycanda İslam dininə qarşı yürüdülən sərt siyasəti Abgül Süleymanov təndiq edir. Ruhani 2011-ci il avqust ayının 11-i MTN əməkdaşları tərəfindən saxlanılır və 1 il istintaq müddətindən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi ruhaniyə qeyri-qanuni olaraq 11 il həbs cəzası kəsilir. Qeyd edək ki, Hacı Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub. Xatırladaq ki, O, 1976-cı ildə, avqustun 7-si Bakı şəhərində dünyaya gəlib. Cavan yaşlarından dinə maraq göstərən ruhani 24 yaşından təbliğatçılıqla məşğul olub. Əhli-beyt (ə) təfəkkürünün cəmiyyətdə aşılanması və əzadarlıq mədəniyyətinin yaşanması üçün ruhani hər həftə təşkil olunan “Cəfəri” heyətini və daha sonra “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyini təsis edir. Azərbaycanda dini bilgilərə yiyələnən Hacı Abgül Süleymanov daha sonra təhsilini artırmaq üçün İranın Qum şəhərinə yollanır
Mənbə : İslamazeri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button