ArxivQadin və hicabXəbər lentiXəbərlər

Bu gün dünyada beynəlxalq Hicab günüdür

Bu gün dünyanın müxtəlif bölgələrində müsəlman və qeyri-müsəlman qadınlar öz hicablı şəkillərini sosial mediada paylaşaraq Qərb ölkələrində hicaba və hicablı qadınlara qarşı zorakılıqlara son qoyulmasını tələb edirlər.
Qafqaz.ir – Fevralın 1-i Beynəlxalq Hicab günü kimi qeyd edilir. Bu gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.

Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi bir gün qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. Ötən il Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com .

Nazma Khan bildirir ki, bu kampaniyanı təşkil etməkdə məqsədlərdən biri dinlərarası tolerantlığı Hicab vasitəsilə insanlara çatdırmaqdır.

Böyük Britaniya, Avstraliya, Hindistan, Pakistan, Fransa, Almaniya və digər ölkələrdən olan onlarla qadın hicabla bağlı sullar vermək və müsəlman örtüyünü bir günlük bağlamağa hazır olduqlarını bildirmək üçün Nazmaya müraciət ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button