ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbərlər

Ermənistan cəmiyyətində anti-Rusiya meyilləri yeni mərhələdə (TƏHLİL)

Ermənistan son toqquşmalardan sonra Rusiyanın başçılıq etdiyi KTMT-yə yardım üçün müraciət etsə də, qurum yalnız sərhədə missiya göndərməklə kifayətləndi. KTMT-nin İrəvanın hərbi yardımla bağlı müraciətini cavabsız qoyması Ermənistanda etiraz aksiyalarına səbəb oldu. Etirazçılar rəsmi İrəvandan KTMT-dan çıxmasını tələb edirlər. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri, və ermənilərə verdiyi “vəd”lərdən sonra erməni hakimiyyəti və cəmiyyəti Rusiyadan üz döndərərək qərbə istiqamətləndi. Bu dəfə ermənilər bunu açıq-aşkar formada etməyə başlayıblar.

Politoloq Əlimusa İbrahimov Trend-ə açıqlaması zamanı bildirib ki, Ermənistanda anti-Rusiya meylləri həmişə mövcud olub. Bunu hətta Sovet İttifaqının mövcudluğu illərinə də aid etmək olar. Müstəqillikdən sonrakı dövrlərdə ilk 3 prezident öz Rusiya təəssübkeşliyi ilə bu meyllərin qabarmasına imkan vermirdilər.

“Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə bu ölkədə Rusiyaya qarşı çıxışlar vüsət almağa başladı. bunun da bir neçə səbəbi var.

Məlum olduğu kimi Paşinyan məhz Qərb dairələrinin yardımı ilə hakimiyyətə gəlib və hakimiyyətə oturarkən onu bu vəzifəyə gətirənlərə Ermənistanı Rusiyanın orbitindən çıxarıb Qərbə tərəf sürükləyəcəyinə söz verib. O bu missiytanı davam etdirir və Rusiyanın təzyiqində imkan tapan kimi Qərbə meylli addımlar atır. İqtidarın Qərbə meyli əhalinin də adekvat addım atmasına səbəb olur”,-deyə o qeyd edib.

Poltiloloq həmçinin bildirib ki, son zamanlar Avropa və Amerikanın Rusiyaya qarşı gördüyü tədbirlər tezliklə Rusiyanın zəifləyib parçalanacağ ilə bağlı məlumatların artmasına şərait yaradır və bu da Ermənistanı Rusiyadan uzaqlaşdırıb Qərblə yaxınlaşmasını şərtləndirir.

“Rusiyanın 44 günlük müharibədə əvvəlki müharibələrlə münasibətrdə neytrallığını saxlamağa çalışması və Azərbaycanla Ermənistan arasındakı münaqişəyə fəal müdaxilə etməməsi ermənilərdə ona qarşı qəzəb və nifrəti artırıb. Onlar hələ də hesab edirlər ki, Rusiya onların əvəzinə vuruşmalı idi.

İndiki şəraitdə Rusiyanın mövqeyi regionda gedən proseslərlə bağlı Azərbaycanın mövqeyi ilə daha yaxındır , nəinki, Ermənistanın mövqeyi ilə. Bu da öz növbəsində müəyyən qıcıq yaradır. Bu məsələdə Paşinyanın Putinə qarşı şəxsi nifrəti də müəyyən rol oynayır”,-deyə Ə.İbrahimov vurğulayıb.

Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov Trend-ə açıqlaması zamanı qeyd edib ki, Ermənilər ümumiyyətlə dəyişkən xalqdır. Onlar situasiyadan aslı olaraq mövqelərini dəyişməyi çox yaxşı bacarırlar.

“Vaxtı ikən Osmanlı imperiyası daxilində də ermənilərə çox yaxşı şərait yaradılmışdı. Lakin türklər zəiflədiyi bir vaxtda onlar erməni dövləti qurulması istiqamətində işlər aparmağa başladılar və tez bir zamanda müxtəlif dövlətlərlə əlaqə saxlayaraq Türkiyəyə xəyanət etdilər. Elə həmin dövrlərdə Rusiya imperiyası daxilindəki ermənilərdə Rusiyaya ciddi şəkildə qarşı çıxırdılar”,-deyə o qeyd edib.

Politoloq həmçinin bildirib ki, bu gündə Rusiyanın zəifləməsindən istifadə edən ermənilər ABŞ-la intensiv şəkildə fəaliyyət göstərirlər.

“Əlbəttə ki Qərbin əsas adamı Nikol Paşinyandır. Ermənistanda olan anti-Rusiya mitinqləri hansılar ki siyasətdəki ayrı-ayrı müxalif partiyalar tərəfindən həyata keçirilir, bir başa olaraq Paşinyanın ofisi tərəfindən idarə edilir. Onların əsas məqəsdi ictimai nüfuz baxımından Rusiyanın vəziyyətini daha da pisləşdirməkdir. Bu Qərbin bəzi qrupları ilə Nikol Paşinyan və ətrafındakılar arasında iş birliyinin bir nəticəsidir. Digər tərəfdən Abş-ın və Qərbin regiona gətirilməsinə gəldikdə isə ABŞ və Qərb hər zamanki kimi güclü ilə əməkdaşlıq etməyə çalışacaqlar”,-deyə o qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button