ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Qafqazda elm dünyasının ulduzları – AYƏTULLAH ŞEYX ƏBDÜLQƏFFAR QUBAİ

Qafqazda elm dünyasının ulduzları –
AYƏTULLAH ŞEYX ƏBDÜLQƏFFAR QUBAİ

Ayətullah Şeyx Əbdülqəffar Qubai, Qafqazın əzəmətli alimlərindən, ali məqamlı fəqihlərindən biri olmuşdur.
O, 1850-ci ildə (1266 h.q.) Lənkəran şəhərində dünyaya göz açmışdır. Quran qiraəti, Gülüstan, Bustan, Nisabüs-sibyan kimi o zamanlar Qafqaz mədrəsələrində tədris olunan kitablar və bir sıra ali səthi dini hövzə dərslərini məntəqənin alim və ruhanilərindən öyrənmişdir.

Cavan yaşlarında 1870- ci ildə Nəcəf-əşrəf dini hövzəsinə səfər edərək, bu nurlu diyarın ayətüllahül-üzma Seyid Hüseyn Kühkəməri, ayətüllahül-üzma Movla Məhəmməd Fazil İrəvani, ayətüllahül-üzma Mirzə Həbibullah Rəşti, ayətüllahül-üzma Şeyx Məhəmməd Həsən Mamqani kimi digər alimlərdən bəhrələnərək, islam elmlərində ali müctəhədlik məqamına çatmışdır.

Bu əzəmətli alim, təhsilini başa vurduqdan sonra Qafqaza geri dönərək, Quba şəhərində məskunlaşır. Orada elmi-dini fəaliyyətlərə başlayaraq, moizə, təbliğ, dini məarifləndirmə, həmçinin şəri əhkamların bəyanı ilə məşğul olmağa başlayır. Onun elmi şöhrəti hər yana yayılır. Elə bu səbəbdən də, elm və mərifət aşiqləri onun ətrafında toplaşır, dərsləri geniş rövnəq tapır.
Şeyx Əbdülqəffar Qubai Qafqazın o dövrdəki böyük alimlərindən sayılırdı. Alimlər və xalq arasında xüsusi hörmətə malik idi.

Bu əzəmətli fəqih 1917, digər ehtimala görə isə 1919-cu ildə (1335-1337-ci h.q) dünyasını dəyişdi.
O, Quba şəhər qəbirstanlığında dəfn edilmişdir. Müqəddəs ruhu nur içində yatsın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button