ArxivXəbər lentiXəbərlər

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı R.T. Ərdoğan İrana getmişdi?

İranın keçmiş Baş Qərargah rəisi və İran İslam İnqilabı Rəhbərinin hərbi müşaviri general Həsən Firuzabadi maraqlı açıqlaması ilə gündəmə gəlib.

Qafqaz mədəniyyət mərkəzi-un Təsnim İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, general H.Firuzabadi Türkiyədə 15 İyul dövlət çevrilişinə cəhd gecəsi barədə yayılmış bəzi spekulasiyalara aydınlıq gətirib.

Belə ki, “İran Silahlı Qüvvələri Türkiyədə olan çevrilişə qarşı necə münasibət göstərdi və hər ehtimala qarşı bir hazırlıq var idimi?” sualına cavab olaraq deyib:

“Biz, sərhədlərimizdə hər hansı bir böyük dəyişiklik olsa, ona diqqət edirik. O axşam biz şimal-qərbdən cənuba qədər bütün sərhəd bölgələrimizdə nəzarəti gücləndirdik, sərhədçiləri yüksək hərbi hazırlıq vəziyyətinə gətirdik. Əlbəttə, biz Türkiyə tərəfindən bir təhlükə gözləmirdik. Bu hazırlıqlar, dövlət çevrilişinə cəhd göstərən döyüş təyyarələrinin səhv olaraq İrana tərəf gəlməsi, yaxud İrana qaçması ehtimalına qarşı idi. Belə vaxtlarda bir hərbi birliyin komandanlıqla əlaqəsinin qopması səbəbindən gözlənilməz hərəkətlərin edilməsinə şahid ola bilərik. Bu cür təhlükələrin qarşısını almaq üçün hazırlıqlı olmaq məcburiyyətindəyik.”

“İran o axşam, ondan əvvəl və ya sonra Türkiyədə hər hansı bir əməliyyat və ya başqa bir prosesdə iştirak edibmi?” sualına Həsən Firuzabadi belə cavab verib:
“Bizim Türkiyə barədə belə bir planımız və ya hərəkətimiz yoxdur və olmamışdır. Biz Türkiyə sərhədlərini etibarlı sərhədlər olaraq hesab edirik. Türkiyə dövləti ilə kürdlər arasında olan münaqişələrdə də yalnız oradan gələ biləcək təhlükələri neytrallaşdırmaq üçün sərhədlərimizə diqqəti daha da artırırıq. Biz Türkiyədən yalnız bəzi terrorçu təşkilatların təhlükəsi ilə üz-üzə qalmışıq. Hər zaman Türkiyənin kürdlər yaşayan bölgəsi etibarsız bir vəziyyətə düşəndə, belə hərəkətlər bizə qarşı daha da çoxalır. Belə vaxtlarda biz sərhədlərimizdə hazırlığımızı artırır, bu terrorçu aktlarının qarşısını almağa çalışırıq. Bu göstərir ki, Türkiyənin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir.”

General H.Firuzabadi, “Türkiyə mediasında siyasət dəhlizlərində dövlət çevrilişi cəhdi gecəsi İran təyyarələrinin Türkiyəyə gedib-gəldiyi və hətta Ərdoğanın İrana gəlməsi danışılır” fikirlərinə isə belə münasibət bildirib: “Bu sözlər həqiqətə uyğun deyil, belə bir iş olmayıb və gülüncdür. İran təyyarələri yalnız sərhədə nəzarət üçün təhlükəsizlik tədbirləri görüb.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button