ArxivQadin və hicabXəbər lentiXəbərlər

İnanclı məhbus ailələri konfrans keçirdi – Foto

Cenubnews.com xəbər verir ki, konfransda həbsdə olan ilahiyyatçıların və dindarların ailələri iştirak edib. Mövzu ətrafında çıxışlar edilib. Konfransda həmçinin məhbuslardan bəhs edən videoçarx da nümayiş edilib. Konfransın sonunda bəyanat qəbul edilib.

Bəyanatda qeyd edilir:

2011-ci ildən bu günə kimi bir çox vicdan məhbusu haqsız olaraq hələ də həbs həyatı yaşamaqdadır. Onlar, cəmiyyətdə mövcud olan ədalətsizliyi, ayrıseçkiliyi, məmur özbaşınalığını, haqsızlığı pisləyiblər.
Bu haqsızlıqlar ölkəmizdə dini inanclarla bağlı hər hansı bir qadağanın olmaması və ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ilin Azərbaycanda “multikulturalizm ili” elan edildiyini bir halda yenə davam edir.
Biz bu haqsızlığı məmurların özbaşınalığı və onlar tərəfindən Konstituasiyamıza və müqəddəs qanunlarımıza olan bir hörmətsizlik kimi qiymətləndiririk. Bizim yaxınlarımız da sırf bunlarla bağlı öz etirazlarını haqlı olaraq bildiriblər. Bu qədər dindar ailə, məmur özbaşınalığı ucbatından illərlə əziyyət çəkməyə məhkum edilirsə, heç bir tolerantlıq, vəhdət və vətənpərvərlik ruhiyyəsindən söhbət gedə bilməz.
Biz əlaqədar qurumlardan, vicdan məhbuslarının ailələri və onları dəstəkləyən xanımlar olaraq, öz hüquq və azadlıqlarını tələb etdiyinə görə qondarma ittihamlarla tutularaq düzgün məhkəmə sistemi keçirilmədən həbsə atılan və beynəlxalq hüquq təşkilatları tərəfindən siyasi və vicdan məhbusu kimi tanınan bütün inanclı şəxslərin və digər ictimai fəalların tezliklə azad olunmalarını tələb edirik.

İnanclı məhbus ailələri konfrans keçirdi - Foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button