ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası Rəşt-Astara dəmiryolu layihəsinə investisiya qoyur

Bakıda keçirilən bir iclasda Azərbaycan Respublikasının Rəşt-Astara dəmiryolu layihəsində maliyyə iştirakının təfərrüatı araşdırılıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyyə Kaşanənin, Azərbaycan Respublikasından isə İqtisadiyyat naziri Sahil Babayevin başçılıq etdikləri heyətlərin Bakıda baş tutan görüşündə tərəflər Azərbaycan Respublikasının Rəşt-Astara dəmiryolu layihəsinə investisiya qoymasının təfərrüatını araşdırıblar.

İclasın sonunda iranlı nazir Əsğər Fəxriyyə Kaşanə bildirib ki, Rəşt-Astara dəmiryolu əslində iranlı podratçılar tərəfindən həyata keçiriləcək ancaq azərbaycanlı podratçılar da layihənin icrasına yardım göstərəcəklər. Layihə üçün lazım olan maliyyə fəsayit isə yarı-yarı təmin olunacaq. Azərbaycan Respublikası bu çərçivədə layihəyə 500 milyon dollar vəsayit nəzərdə tutub.

İranın yol və şəhərsalma naziri deyib: İran İslam Respublikası prezidentinin Azərbaycana səfəri ərəfəsində bu barədə razılaşma sənədi hazırlanacaq və 2-3 ay ərzində layihənin icrasına başlanacaq.

Rəşt-Astara dəmiryolu 164 km uzunluğa malik olaraq şimal-cənub koridorunun təkmilləşdirilməsində əsas rol oynayacaq.

Şimal-cənub dəmiryolu dəhlizi İranın cənubunda Bəndər Abbasdan başlayaraq Qəzvin, Rəşt və Astaraya oradan Azərbaycan Astarasına və Azərbaycan vasitəsi ilə Rusiyaya və şimali Avropaya qovuşur.

Hal-hazırda Bəndər Abbas-Qəzvin dəmiryolu istifadə olunmaqdadır, Qəzvin-Rəşt dəmiryolunun isə icra əməliyyatının 94 faizi həyata keçirilib. Rəşt-Astara dəmiryolu layihəsi isə Azərbaycan Respublikasının iştirakı ilə həyata keçiriləcək.

İran-Azərbaycan dəmiryolu xəttinin inşasının yekunlaşması ilə, illik 10 milyon ton yükün və 3 milyon sərnişinin dəmiryolu vasitəsi ilə nəqli reallaşacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button