ArxivŞəxsiyyətlərXəbər lenti

Həzrət Ayətullah Şeyx Cavad Əlizadə Badkubeinin Həyatı

Həzrət Ayətullah Şeyx Cavad Əlizadə Badkubei Kərbəlayi Məhəmməd Əli oğlu, Qafqaz Məntəqəsinin əzəmətli alimlərindən və dəyərli ruhanilərdən biridir. O, 1864-cü ildə (1280 h. q.) Bakı şəhərində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarında Quran qiraəti, Gülüstan, Büstan kimi o zamanlar Qafqaz mədrəsələrində tədris olunan kitabları və ilkin məlumat məqsədli dini hövzə dərslərini öyrənmişdir. Sonra “Mirzə Həsib Qüdsi” mədrəsəsinə daxil olaraq, müqəddimə və bir sıra ali səthli dini hövzə dərslərini oradakı alim və ruhanilərdən bəhrələnmişdir. Cavan yaşlarında Nəcəfi-əşrəfə getmiş, oradakı Ayətullah-üzma Mövla Məhəmməd Fazil İravani, Ayətullah-üzma Mirzə Həbibullah Rəşti və Ayətullah-üzma Mövla Məhəmməd Şərəbyani kimi böyük alimlərin fiqh və üsuli-xaric dərslərində iştirak etmişdir.

O, bir neçə il sonra müqəddəs Kərbəla şəhərinə səfər edir. Orada səkkiz il Ayətullah-üzma Mirzə Məhəmməd Həsən Şirazidən dərs alaraq, ali müctəhidlik məqamına ucalır. Amma ustadının vəfatından sonra Tehran şəhərinə gedir. O zamanlar məşhur olan xüsusi rövnəq daşıyan Tehran dini hövzəsinin elmi-mənəvi məqamlara sahib olan və alimlərdən bəhrələnir. Onun buradakı ustadlarının kim olması haqqında heç bir məlumat yoxdur.
Şeyx 1900-cü ildə Bakıya qayıdır. O, “Qasim bəy” məscidini dini, mədəni-ictimai fəaliyyətlərin mərkəzinə çevirir. Orada dini maarifləndirmə, təbliğlə, həmçinin şəri əhkamların bəyanı və islam elmlərinin tədrisi ilə məşğul olmağa başlayır.

Bu dəyərli alim, 1918-ci ildə (1336 h. q.) fani dünyaya vida edərək, Tanrı dərgahına qovuşur. Pak vücudu ata-baba yurdu olan Bakının Buzovna qəsəbəsindəki “Samiyə” məqbərəsində dəfn edilmişdir. Qiyamət günü imamlarla (ə) məşhur olsun.

Allah rəhmət eləsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button