ArxivXəbər lentiXəbərlər

Mühəqqiq ərdəbili universitetində 19 Yanvar mövzusu ilə əlaqədar fikir mübadiləsi

Doktor Novin, doktor Fənni Əsl, doktor Mövlai və doktor Hüseyninin iştirakı ilə 19 Yanvar “dünya müsəlman azəriləri” və ”azərilərin nəsil kimliyinin bərpası” günləri mövzusunda Mühəqqiqi Ərdəbili universitetinin konfrans zalında fikir mübadiləsi iclası təşkil edilmişdir

 Qafqaz məsələləri üzrə ekspert doctor Hüseyn Novin Azərbaycan respublikasında baş verən 19 yanvar hdisəsini əzizləyərək bildirmişdir ki, İranın isalm inqilabından sonra müsəlman millətlər öz həqiqi islam kimliyini tapmaq üçün azadlıq hərəkatına başladılar. O demişdir: Azərbaycan respublikasının əhalisi 70 il kommunistlərin ateist təbliğatına məruz qaldırlarına rəğmən 19 Yanvarda islam kimliyini göstərdilər və bu kimliyi bərpa etmək üçün İran sərhədlərinə hücum etdilər. O demişdir: mövcud faktlar və çəkilən sənədli filmlər göstərir ki, Azərbaycan respublikasının əhalisi 19 Yanvar tarixində la ilahə illəllah və allahu əkbər şüarları ilə tikanlı məftilləri qıraraq özlərini Araza vurmuşlar ki, bu da onların islam hüviyyətinə malik olduqlarına aydın sübutdur.

Doctor Novin o dövr komunistlərinin və onların mütləqiyyətçi hakimiyyətlərinin Aran əhalisinin islam hüviyyətlərini quruma əzmi haqqında düzgün konsepsiyalarına işarə edərək  demişdir: Arazın iki tərəfi arasında hər hansı bir əlaqəni nəzarətdə saxlamaq üçün hər hansı bir cinayətdən çəkinməmişlər. Buna baxmayaraq və belə bir ağır şəraitdə Azərbaycan respublikasının əhalisi bütün təhlükələrə göz yummuş sərhədlərə hücum edərək taptlanmışlar. O xatırlatmışdır: bu ölkənin tarix və ədəbiyyatına baxış göstərir ki, Aran şairlərinin şerində həsrət məzmunu olmuş və öz islami və İrani hüviyyətlərini vurğulamışlar.

Novin pantürkistlərin vasitəsilə 19 Yanvar gününün təhrif olunmasını tənqid edərək demişdir: Onlar 19 Yanvarda baş verən tarixi hadisəni təhrif etmək üçün 31 Dekabr gününü həmrəylik günü təqdim edərək dəyərsiz və qeyri-əsil istiqamətə yönəltməyə çalışırlar. Onlar bunu bilmirlər ki, o diyarın torpağı və əhalisi vaxtilə İrandan ayrilsa da əhali öz din və mədəniyyətini qorumuşdur. O, Azərbaycan respublikası dövlətinin müsəlmanların və o cümlədən fələstinlilərin qırılmasına göz yummalarından təəssüfünü bildirərək buyurdular: İŞİD və pantürkist kimi ekstremist qruplar imperialism vasitəsilə müsəlmanlarla islam ölkələri arasında ixtilaf yaratmaq üçün yaradılmışlar. O, axırda vurğulamışdır ki, 19 Yanvarda baş verən tarixi hadisə unudulmamalıdır. Müsəlmanlar arasında təfriqə törətmək istəyən bir sıra müzdurların səyi uğursuzluqla nəticələnəcəkdir.

 Mühəqqiq universitetinin ictimai-mədəniyyət müavini də bu iclasda 19 Yanvar gününü əzizləyərək dedi: Qurani-Kərimin tarixi öyrənib ondan ibrət almağı vurğuladığını nəzərə alsaq 19 Yanvar hadisələri mühüm məzmuna malikdir. O, komunist dövrünün mütləqiyyətçiliyinə işarə edərək vurğulamışdır: 19 Yanvar Azərbaycan respublikası əhalisinin öz islam və əsil hüviyyətinə qayıtmaq günüdür və islam xalqın birlik amilidir.

Bu elmi-ixtisas müzakirəsində Ərdəbil universitetlərinin ustadlarından biri doctor Mövlai də 19 Yanvarın islami mahiyyət daşıdığını vurğulayaraq hüviyyətin mənası haqqında izahat vermişdir. O, Quran ayələrinə işarə edərək dəyərlərə, göstəricilərə və etiqada sadiq qalmağın hüviyyətin formalaşmasında effektiv olduğuna işarə edərək bu terminin düzgün tərif və izah edilməli olduğunu vurğulamışdır.

Axırda Azərbaycan mədəniyyəti dəftərinin məsulu doctor Hüseyni cənabları  çıxış edərək Azərbaycan respublikasının tarixində baş verən hadisələrə işarə edib Çar və komunist dövrü hadisələrini xatırladaraq bu respublika əhalisinin islam hüviyyətini vurğulamışdır.

Iclasın sonunda islamçıların həbsə alındığını ədalətsiz hesab edilərək şəriət məhbusu doctor hacı Möhsün Səmədov Azərbaycan xalqının qeyrət göstəricisi kimi alqışlanılmışdır. Qeyd edirik ki, digər vilayətlərdə də həmin iclasın analoqu keçirilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button