AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialtahlil va magaleTarixXəbər lentiXəbərlər

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi” ili; fürsət yoxsa problem?!

2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi” ili adlanması, bu ölkə xalqının öz qədim tarix və mədniyyəti, habelə əsli ilə tanış olmaq üçün önəmli addım və əlverişli fürsət sayılır.

Qafqaz Həqiqətləri “Anac”-a istinadla xəbər verir ki, Qafqaz məsələləri üzrə ekspert Həsən Güli Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 2021-ci ili Nizami Gəncəvi ili adlandırmasına münasibət bildirərək yazıb:

Sözsüz ki, simvolik addımlarla mədəniyyət və ədəbiyyat sahəsinin görkəmli şəxsiyyətlərinin uca tutulması və bundan da önəmlisi, onların şəxsiyyət aspektləri və əsərlərinin tanıdılması bəyənilən bir hərəkət sayılır və xalqları öz insan kapitalları, tarixi xəzinələrilə tanış edir, “xalqların qloballaşdırılması” əsrində, onların əsil və həqiqi şəxsiyyətlərinin zədələnməsinin qarşısını alır.

Bu səbəbdən 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” adlandırılması, Azərbaycan xalqının öz qədim və əsil tarix və mədəniyyətilə tanış olması yolunda əhəmiyyət daşıyan addım və uyğun fürsət sayılır.

Yeri gəlmişkən, bu adqoyma Azərbaycan Respublikasının tarixyazma rəhbərlikləri, elmi dairələr və təhsil sistemi üçün də münasib fürsətdir, beləliklə, ölkələrinin Rusiya çarlığı və kommunistlər tərəfindən işğal edilməsilə əsası qoyulmuş, SSRİ parçalandıqdan sonra da davam etmiş bəzi tarixi təhriflərin mühasirəsindən özlərini xilas etsinlər. Bu önəm daşıyan addım Azərbaycan Respublikasının siyasi, ictimai və mədəni sahələrindəki proseslərində yeni və həyatverici başlanğıc sayıla bilər. Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” adlandırılmış bu ildə, Azərbaycan şagirdi və tələbəsinin haqqı var ki, ölkələrinin təhsil sisteminin başçılarından soruşsunlar: nə üçün onlar Nizami Gəncəvinin xəmsəsinin beşindən beş beyti şairin özü yazdığı şəkildə oxuya bilmirlər?

“Sirlər xəzinəsi”, Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” şairin beş şeir əsəri olaraq dünya ədəbiyyatının şah əsərlərindən sayılmasına baxmayaraq təəssüflər olsun ki, Azərbaycan Respublikası əhalisi, xüsusilə bu ölkənin elmi və ədəbi kəsimi bu əsərlərin ruh bəxş edən mütaliəsindən, ədəbi həzz almaq kimi böyük fürsətdən məhrum qalıblar. “Nizami Gəncəvi ili” bu qızıl imkaknı Azərbaycan xalqına qaytarmaqda qızıl fürsət ola bilər.

Azərbaycan Respublikası hökuməti ötən illər ərzində, icra orqanlarının müxtəlif strukturlarında islahat addımları həyata keçirmiş və sabiq mədəniyyət nazirini vəzifədən uzaqlaşdırmaqla, bu islahatları mədəniyyət və ədəbiyyat sahəsinə də sıçratmişdir. Yaxşı olar ki, “Nizami Gəncəvi ili”ndə Azərbaycanın Mədəniyyət Nazirliyinin hazırkı məsul şəxslərini Nizami Gəncəvinin məqbərəsinin tarixi və əsil simasını məhv etdiklərinə görə mühakimə etsin və şairin öz şeirlərindən ibarət kətibələrini və üzərinə şeir yazılmış kaşılarını bu böyük şairin məqbərəsinə qaytarılması istiqamətində lazımi addımları atsın.

“Nizami Gəncəvi ili” və əsasən böyük şairin ədəbi və mənəvi şəxsiyyəti iranlılar və azərbaycanlıların qəlbi vəhdətinin təcəssümü yolunda dəyərli bir potensiala çevrilə bilər. Çünki Nizami Gəncəvi Qafqaz xalqlarının İrana sevgi və qəlbi rəğbətinin ən tutarlı sənədidir və Nizami necə də gözəl demişdir: “Bütün dünya bədəndir və İran ürək”.

İki ölkənin elmi mərkəzləri, universitetləri, müəllim, tələbə, şair, yazıçı və incəsənət xadimləri Nizaminin şeirləri sayəsində və ortaq addımlarla, İran və Azərbaycan Respublikasının əvvəlkindən daha çox yaxınlaşmasına kömək edə bilərlər.

Bunu da vurğulayaq ki, Azərbaycan Respublikasında mövcud anti-İran fəaliyyətlərdən qaynaqlanan bir sıra mülahizə və narahatlıqlar da mövcuddur ki, bu dəyərli imkanı iki ölkənin münasibətlərində problemə çevirə bilər.

Mümkündür ki, Azərbaycan Respublikasındakı bir sıra xüsusi dairələr cari ilin “Nizami Gəncəvi ili” adı ilə adlanmasından sui-istifadə edərək, fars dilində yazıb-yaratmış bu böyük şairin şəxsiyyət və əsərlərini dəyərləndirmək əvəzinə, təhrif etmək səmtinə getsinlər. Sözsüz, bu kimi addımlar bəzi ixtilafların meydana gəlməsinə zəminə yaradacaq.

Bu təhrifdən əlavə, Nizaminin uca şəxsiyyətinin ucuz sayılması da Azərbaycandakı “Nizani Gəncəvi ili”nin proqramlarının pusqusunda dayanıb.

Nümunə olaraq, “Nizami Gəncəvi ili”nin ilk hadisəsi kimi Azərbaycan ordusunun bir neçə əsgərinin iştirakı ilə Nizami Gəncəvinin məqbərəsində keçirilən tədbirdə, özünü Nizami heybətində göstərmək istəyən şəxs Nizaminin şeirlərindən naqis bir tərcüməni iştirakçılara şeir formasında oxuyurdu. Bu da dünya görkəmli şairi bir növ ucuzlaşdırma sayılır. Yaxşı olar ki, “Nizami Gəncəvi ili”nin tədbirlərinin keçirilməsini təşkil edənlər belə hallarda öz ölkələrindəki fars dili müəllimlərinin, ya da İran İslam Respublikasının Bakıdakı səfirliyinin potensiallarından istifadə etsinlər, beləliklə də həm şairin dəyərli şeirləri öz əsil formasında oxunsun, həm də rəvan və düzgün formada tərcümə olunsun.

Məlumdur ki, İran xalqı, xüsusilə də ölkənin elmi və ədəbi kəsimi, özlərini başqa ölkələrlə ortaq olan İran-İslam mədəniyyət və kimliyini qorumaqda məsuliyyətli bilirlər və bu istiqamətdə ən yaxşı yol, ikitərəfli əməkdaşlıq və anlaşmadır. Ölkəmizin Bakıdakı mədəniyyət attaşeliyi belə əməkdaşlıqların formalaşmasında önəmli rol oynaya bilər.

Bu barədə iki təklif təqdim etmək olar:

  1. a) İran və Azərbaycan Respublikası tərəfindən Tehran və Bakıda Nizami Gəncəvi mövzusunda böyük və beynəlxalq konfransın təşkil edilməsi.

  2. b) İran və Azərbaycan Respublikası sənətkarları vasitəsilə Nizami Gəncəvi filminin ortaq istehsal edilməsi.

Bu təkliflərin həyata keçirilməsi iki ölkənin mədəni və ədəbi əlaqələrinin inkişaf etdirilməsində, dünyanın böyük şairi Nizaminin əsər və düşüncələrinin tanıdılmasında təsirli addımlar ola bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button