AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatSosialTarixXəbər lenti

15 Xordad qanlı qiyamı münasibətilə

Şübhəsiz, heç bir dəyişiklik və inqilab kökü və səbəbi olmadan yaranmır. Onun formalaşmasında müxtəlif şərait və elementlərin rolu vardır. 15 Xordad qiyamı da İslam İnqilabı tarixində cavidan, təsirli və dönüşlü bir hərəkat sayılır. Heyrətamiz dəyişikliklərin başlanğıcı olmuş bu qiyamı haqlı olaraq “Allah günü” adlandırmaq olar.

Qafqaz Həqiqətləri xəbər verir ki, 15 Xordad İslami İran xalqının qanlı qiyamını xatırladır. Bu gün İslami İran xalqının ayağa qalxdığı, İslam adına və İslam uğrunda küçələrə axışaraq zülmkarlar şahlığını İran torpağından qovmaq günüdür. 15 Xordad İslami İran xalqının şah rejiminin odlu silahları ilə torpaqda yatdığı və öz qanları ilə 15 ildən sonra 11 fevral 1979-cu ildə meyvə verəcək bir ağacı suvardıqları gündür.

İsrail və şah rejimi əleyhinə tarixi çıxışından sonra 15 xordad 1342-ci ildə gecə vaxtı İmam Xomeyninin həbs xəbərinin yayılmasının ardınca 15 xordad gününün ilk saatlarında Qum, Tehran, Vəramin, Məşhəd və Şirazda geniş xalq etirazları başladı. Onlar şah əleyhinə şüarlar səsləndirir və İmama dəstək göstərirdilər. İmam Hüseynin (ə) şəhadətinin üçüncü günü münasibətilə Cəfər ibn Musa Kazim (ə) İmamzadəsində əzadarlığa toplaşmış Pişva məntəqəsinin əhalisi özünün təqlid mərcələri Ruhullahın həbs xəbərini eşitdikdə 15 Xordad qiyamının ilk ifaçısı oldu.

Qum və Tehran şəhərlərinin mərkəzi və həssas hissələrində yerləşmiş hərbi qüvvələr aksiya iştirakçılarına atəş açdılar. Camaat da ağac və daşla özlərini müdafiə etməyə başladı. Aksiya həmin gün və iki gün sonra davam etdi, minlərlə insan həlak oldu və yaralandı. Ən faciəli hadisə Vəraminin kəfən geyinmiş kəndlilərinin qətliamı oldu. Onlar İmama dəstək olaraq Tehrana yola düşmüşdülər. Hərbi məmurlar Baqirabad körpüsünün başında onların qarşısına çıxdı və ağır silahlarla onları qətliam etdilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button