ArxivXəbər lentiXəbərlər

Əliyev və Sərksiyan nə vaxt görüşür? – Açıqlama

ATƏT Minsk Qrupunun Ermənistanda səfərdə olan həmsədrləri bu gün prezident Serj Sərkisyanla görüşüblər.

 həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin Sərkisyanla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu vaxta qədər aparılan danışıqlar, həmçinin, bundan sonra atılacaq addımlar müzakirə edilib.

Qeyd edək ki, amerikalı həmsədr Ceyms Uorlik bugünkü mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin sonuna qədər görüşəcəyinə ümid etdiyini bildirib.

Həmsədrlərin Ermənistandan sonra Azərbaycana səfəri gözlənilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button