ArxivIslamXəbər lentiXəbərlər

Əfv sərəncamı ilə azad edilən MBH-nin sədr müavini polisə çağırılıb

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov Bakının Sabunçu Rayon Pois İdarəsinə aparılıb. Bu barədə o, Facebook səhifəsində yazıb.
“İki gündür polis atama zəng edir ki, Elçin Qasımova denən idarəyə gəlsin. Mən də deyirəm səbəb göstərilsin gedim. Heç bir səbəb göstərmirlər. İndi də gəliblər ki, gedək Sabunçu polisinə. Gedək görək, nə deyirlər”, – o qeyd edib.
Sabunçu Rayon Polis İdarəsində E.Qasımovla 30 dəqiqəyədək profilaktik söhbət aparıldıqdan sonra o azad buraxılıb.
“Polisdə ictimai fəaliyyətimin aktiv olduğunu bildirdilər. Sonra ailə üzvlərim, onların telefon nömrələrini soruşdular”, o, “Amerikanın səsi”nə bildirib.
Rəsmi qurumlar Qasımovun polisə aparılması ilə bağlı məlumat yaymayıblar.
Elçin Qasımov 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan öncə, noyabrın 5-də saxlanılıb. Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. 2019-cu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button